Bakıda “Beynəlxalq Təhsil Həftəsi-2017” simpoziumu keçirilir
14.06.2017 [09:56]
“ADA” Universiteti, ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Təhsilli Məzunlar İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda “Beynəlxalq Təhsil Həftəsi-2017” simpoziumu keçirilir.
AZƏRTAC xəbər verir ki, iyunun 13-də “ADA” Universitetində simpoziumun rəsmi açılışı olub.
Açılış mərasimində “ADA” Universitetinin Təhsil İnstitutunun dekanı Vəfa Kazdal simpoziumun Azərbaycanda təhsilin davamlı inkişafına dəstək məqsədilə keçirildiyini bildirib. O, simpozium çərçivəsində innovativ və müasir təhsil üsulları mövzusunda yerli və ABŞ mütəxəssislərinin təcrübə mübadiləsi aparacaqlarını qeyd edib. V.Kazdal qısa müddətdə böyük nüfuz və hörmət qazanmış “ADA” Universitetində dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində aparılan islahatlardan, əldə olunan nəticələrdən bəhs edib. Ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsindən danışan nazir müavini son üç ildə müəllimlərin maaşlarının təxminən 30 faiz artdığını deyib.
BP Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib ki, təhsilə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır. BP Azərbaycan şirkətinin fəaliyyət göstərdiyi müddətdə təhsil sisteminə təxminən 72 milyon ABŞ dolları məbləğində sərmayə yatırdığını deyən B.Aslanbəyli bu istiqamətdə səylərin davam etdiriləcəyini bildirib.
ABŞ səfirliyinin müşaviri Uilyam Gill ikitərəfli münasibətlərdə təhsil sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb. U.Gill ABŞ mübadilə proqramları üzrə təhsil almış təxminən 6 min azərbaycanlı məzunun təhsil sektorunun inkişafında yeniliklər tətbiq etdiklərini diqqətə çatdırıb.
İyunun 16-dək davam edəcək simpozium günlərində tədris üzrə mütəxəssislər və təhsil idarəçiləri praktiki seminarlar keçirəcəklər. Müzakirələr əsasən təhsilin müxtəlif idarəetmə mərhələlərinin təhlili, statistik göstəricilərə əsaslanan qiymətləndirmə və hesabatların hazırlanması, tədqiqatların qiymətləndirilməsi və STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsilinə fərqli yanaşma istiqamətlərində aparılacaq.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

