/ / Çingiz Əsgərov: Avropa Məhkəməsinin qərarı ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına ziddir
Çingiz Əsgərov: Avropa Məhkəməsinin qərarı ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına ziddir
19.06.2026 [21:17]
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə 2026-cı il 18 iyun tarixli qərarı ilə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir:
“Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə 2026-cı il 18 iyun tarixli qərarını ədalətsiz, qərəzli, beynəlxalq hüququn müddəalarına zidd olduğunu, Avropa Məhkəməsinin yenə də siyasi oyunlara çəkilməsinin təsdiq etdiyini vurğulayır.
Avropa Məhkəməsi öz qərarında üç şəxsin ifadəsinə əsaslanaraq, heç bir mötəbər sübut olmadan, işin hallarını hərtərəfli araşdırmadan, özünü “DQR” dövlət orqanları adlandıran cinayətkarların “hesabatlarına” istinad edərək, Azərbaycan Respublikası tərəfindən İnsan hüquqlarına dair Avropa konvensiyasının pozulduğunu müəyyən etmişdir.
Xüsusi narahatlıqla qeyd olunur ki, Azərbaycan tərəfinin uzun illər ərzində təqdim etdiyi çoxsaylı məktublara, qeydlərə və etirazlara baxmayaraq, Avropa Məhkəməsi yenidən Azərbaycan üçün qəbuledilməz olan, onun beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən terminologiyadan istifadə etmişdir.
“Azərbaycanla “DQR” arasında təmas xətti”, eləcə də qondarma “DQR” ordusu, hakimiyyət orqanları, baş prokuroru və ombudsmanı kimi ifadələr heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmamış qanunsuz qurulmuş separatçı qurumla Azərbaycan Respublikası arasında hüquqi və ya faktiki bərabərlik təsəvvürü yaradır.
Bununla əlaqədar bildirilməlidir ki, “Çıraqov və digərləri Ermənistana qarşı” iş üzrə 2016-cı il 16 iyun tarixli qərarında Avropa Məhkəməsinin Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan Respublikası tərəfindən faktiki işğal olunmasını etiraf etməsinə baxmayaraq, hazırkı qərarda 2020-ci ilin noyabrına qədər işğal altında olmuş ərazilərin “DQR” adlandırılması məntiqlə uzlaşmır. Avropa Məhkəməsinin 2016-cı il tarixli qərarında birmənalı olaraq qeyd edilmişdir ki, Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan ərazisində yerləşdirilmiş, Ermənistanın dövlət büdcəsinin xeyli hissəsi həmin ərazilərə xərclənmiş, Azərbaycan ərazisində fəaliyyət göstərmiş işğalçı rejim Ermənistan Respublikasının birbaşa iştirakı və hərtərəfli dəstəyinə görə mövcud olmuşdur.
Avropa Məhkəməsinin dünənki qərarında Ermənistan Respublikasının ərazisində anadan olmuş, Ermənistan vətəndaşı olan hərbçinin hansı səbəblərdən Azərbaycan Respublikasının suveren ərazisində xidmət keçməsi məsələsi ümumiyyətlə araşdırılmamışdır. Bu məsələ araşdırılsa idi, Avropa Məhkəməsi beynəlxalq humanitar hüququn müvafiq müddəalarını tətbiq etməli olardı. Lakin bu məsələyə “diqqət yetirilməməsi” Avropa Məhkəməsinin istədiyi nəticəyə gəlməsinə xidmət etmişdir.
Həmçinin sual yaranır ki, nəyə görə qərarda hadisələrin “DQR” ərazisində baş verməsinə, “DQR dövlət orqanları” tərəfindən araşdırmanın aparılmasına, habelə hadisə barədə məlumatın “DQR ombudsmanının” hesabatında göstərilməsinə istinad edildiyi təqdirdə, iş üzrə sübut kimi, istintaq materialları ərizəçilər tərəfindən deyil, Ermənistan Respublikası tərəfindən Avropa Məhkəməsinə təqdim edilmişdir? Aydındır ki, Avropa Məhkəməsi bu məsələlərə aydınlıq gətirsə idi, qərardakı nəticəyə gəlinməsi xeyli çətinləşərdi.
Hesab edirəm ki, “DQR”in müstəqil qurum kimi göstərilməsi, “DQR” ilə Azərbaycan Respublikası arasında təmas xəttinə istinad edilməsi nəinki Avropa Məhkəməsinin presedent hüququnun təhrif edilməsi, hətta Azərbaycan Respublikasının dövlət suverenliyinə hörmətsizlik göstərilməsi kimi qiymətləndiriməlidir.
Qərar faktların açıq-aşkar birtərəfli təqdimatı ilə də səciyyələnir. Məhkəmə mahiyyət etibarilə ərizəçilərin irəli sürdüyü və Ermənistan Hökumətinin dəstəklədiyi hadisələr versiyasını qəbul etmiş, lakin müvafiq dövrdə Azərbaycanın faktiki nəzarəti altında olmayan ərazilərdə baş verdiyi iddia edilən hadisələrlə bağlı irəli sürülən iddiaların yoxlanılmasında Azərbaycanın üzləşdiyi obyektiv çətinlikləri nəzərə almamış və ya əhəmiyyətli hesab etməmişdir. Ermənistan tərəfinə və qondarma “DQR” strukturlarına aid materiallar etibarlı sübut kimi qəbul edilmiş, Azərbaycanın mövqeyi isə ədalətli hüquqi qiymətləndirmə əsasında deyil, əksinə, birtərəfli mövqe sərgiləmə yolu ilə qiymətləndirilmişdir. Başqa sözlə, qərar yalnız Ermənistan tərəfinin təqdim etdiyi narrativi dəstəkləyən ehtimallar üzərində qurulmuşdur.
Kompensasiya ilə bağlı qərar da qətiyyən qəbuledilməzdir. Məhkəmə kompensasiyanı zərərçəkmişlərə birgə şəkildə deyil, eyni ailənin hər üzvünə ayrıca təyin etməklə oxşar işlərdə formalaşmış əvvəlki məhkəmə təcrübəsindən kənara çıxmışdır. Bu isə qərarın Məhkəmənin öz presedent hüququnun ardıcıl və prinsipial tətbiqi əsasında deyil, emosional və birtərəfli yanaşma əsasında qəbul edildiyi təəssüratını yaradır.
Xüsusilə vurğulanmalıdır ki, Avropa Məhkəməsinin Azərbaycan Respublikasının dövlət suverenliyinə və qanuni maraqlarına hörmətsizlik göstərilməsinə İnsan hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi tərəfindən dəfələrlə etirazlar bildirilmiş, lakin Avropa Məhkəməsinin bu təcrübəsi davam etdirilməkdədir.
Avropa Məhkəməsinin bu cür qərarları belə təəssürat yaradır ki, Avropa Məhkəməsi AŞPA-nın çirkin oyunlarına qoşularaq, Azərbaycan Respublikası tərəfindən öz ərazilərinin erməni işğalından azad edilməsi ilə barışa bilmir və hər vəchlə Azərbaycan dövlətindən və xalqından qisasını almağa çalışır.
Bu cür təcrübə beynəlxalq məhkəmənin şəffaflığı, qərəzsizliyi, ədalətliliyi və mötəbərliyi ilə bağlı ciddi şübhələr doğurur və bununla bağlı müvafiq addımlar atılacaqdır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Avropa Məhkəməsinin “V.T. və digərləri Azərbaycana qarşı” iş üzrə qərarında əks olunmuş nəticələri qəti şəkildə rədd edir və bu qüsurlu qərara cavab olaraq bütün mümkün hüquqi və prosessual vasitələrin nəzərdən keçiriləcəyini bildirir”.
Xəbər lenti
Hamısına baxDünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30

