Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / “Le Figaro”: Makron prezident seçkilərindən əvvəl parlamenti buraxmağı nəzərdən keçirə bilər

“Le Figaro”: Makron prezident seçkilərindən əvvəl parlamenti buraxmağı nəzərdən keçirə bilər

20.06.2026 [15:58]

Fransa Prezidenti Emmanuel Makron 2027-ci il prezident seçkilərindən əvvəl Milli Assambleyanın buraxılması variantını nəzərdən keçirə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, prezidentin yaxın çevrəsində bəzi şəxslər bu addımın siyasi vəziyyəti sabitləşdirə biləcəyini, digərləri isə bunun əksinə, böhranı dərinləşdirəcəyini düşünür.

Məlumata görə, bu ssenari parlament seçkiləri ilə prezident seçkilərinin eyni dövrdə keçirilməsi və siyasi proseslərin yenidən formalaşdırılması kimi qiymətləndirilir. Eyni zamanda, məqsədin parlamentdə qüvvələr balansına təsir göstərmək olduğu iddia edilir.

Bununla belə, “Le Figaro” qeyd edir ki, Prezident Administrasiyası bu məlumatları şərh etməkdən imtina edib və bunların yalnız siyasi dairələrdə müzakirə olunan ehtimallar olduğu vurğulanır.

Paylaş:
Baxılıb: 74 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Siyasət

Gündəm

Ədəbiyyat

MEDİA

Ədəbiyyat

Sazım

20 İyun 08:50

Sosial

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30