Qaçqınlıqdan qayıdışa!
20.06.2026 [08:33]
Doğma yurda dönüş davam edir...
Dünyada milyonlarla insan var ki, onlar öz evlərinin qapısını son dəfə bağlayarkən nə vaxtsa geri dönəcəklərini düşünürdülər. Lakin müharibələrin, işğalların, terrorun, aclığın və təhlükəsizlik problemlərinin yaratdığı ağır reallıq onların həyatını tamamilə dəyişdirdi. Bir zamanlar adi görünən gündəlik həyatlarını qeyri-müəyyənlik, həsrət və çətinliklər əvəz etdi.
Artıq 26 ildir ki, iyunun 20-si Ümumdünya Qaçqınlar günü kimi qeyd olunur. Belə ki, BMT-nin Baş Məclisi 2000-ci ildə bununla bağlı xüsusi qətnamə qəbul edib. Şübhəsiz, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub.
Təəssüf ki, qaçqınlıq Azərbaycan xalqının taleyindən də yan keçməyib. Ötən əsrin son on illiyində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ağır nəticələrə yol açıb - torpaqlarımızın 20 faizi işğal altına düşüb, bir milyona yaxın vətəndaşımız isə qaçqınlıq yaşamalı olub. Erməni təcavüzü Azərbaycanı dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkəyə çevirdi. Bundan cəmisi bir neçə il qabaq isə Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 250 minə yaxın azərbaycanlı öz dogma yurd-yuvalarından didərgin salındı. Həmin insanlar yalnız azərbaycanlı olduqları üçün Ermənistandakı tarixi torpaqlarından qovuldular. 1990-cı ildə Orta Asiyadan 50 min nəfərədək Axıska türkü də Azərbaycanda sığınacaq tapdı.
Arzumuz reallığa çevrildi!
Dövlətimiz öz yurdlarından didərgin düşən soydaşlarımızın problemlərinin həllini hər zaman diqqət mərkəzində saxladı. Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasəti müəyyənləşdirildi. 2003-cü ildən isə bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlət başçısının rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirildi. Amma hər zaman atılan addımların, görülən tədbirlərin sonunda işlədilən fikir unudulmadı - Biz Qarabağda görüşəcəyik. 2020-ci ilin Vətən müharibəsi bu arzumuzu reallığa çevirdi. 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza atan Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etdi. Bu, respublikamız üçün yeni və mühüm mərhələ formalaşdırdı. Bu çağırışların ən prioriteti isə keçmiş qaçqın və məcburi köçkünlərin öz dogma yurd-yuvalarına qayıtmasıdır. Sevindirici haldır ki, Vətən müharibəsində şanlı Zəfərə imza atan Azərbaycan “Böyük Qayıdış” hədəfinə doğru inamla irəliləməkdədir. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın təmin olunması yeni strateji mərhələdə ölkəmizin beş mühüm prioritetindən biri kimi müəyyənləşdirilib. Erməni işğalı dövründə illər boyu tikib qurduqları mülklərini itirən insanlar qaçqınlıq, məcburi köçkünlük həyatına, məhrumiyyətlərə dözdülər. Bütün bunlara baxmayaraq, yurd yerlərinin nisgili onların qəlbindən heç vaxt çıxmadı. Həmin insanlar doğma torpaqlarına - Şuşaya, Qubadlıya, Laçına, Füzuliyə, Zəngilana, Cəbrayıla və digər şəhər və kəndlərimizə qayıdacaqları günü səbirsizliklə gözlədilər. Dövlətimiz, Prezidentimiz də onlara daim ümid verdi.
Uzun illər boyu qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın azad edilmiş ərazilərimizə qayıdışı hər bir azərbaycanlının qəlbində qürur, sevinc və böyük ümid hissi yaradır. Bir vaxtlar yalnız xatirələrdə yaşayan küçələr, həyətlər, məktəblər və doğma məkanlar bu gün yenidən insan səsi, uşaqların gülüşü və yeni həyatın nəfəsi ilə dolmağa başlayır.
Daha 18 ailə...
Ötən gün Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə şəhərə 18 ailə, ümumilikdə 68 nəfər köçürülüb. Xankəndiyə köç edən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin mərhələli şəkildə doğma yurdlarına köçürülməsi davam etdirilir. Köçürülən ailələrin daimi yaşayışı üçün Xankəndi şəhərində zəruri infrastruktur yaradılıb, mənzillər tam təmir olunaraq istifadəyə verilib. Beləliklə, Xankəndidə məskunlaşan sakinlərin sayı növbəti köç karvanı ilə daha da artıb.
Uzunmüddətli və dayanıqlı gələcəyin təməli
Bu gün Xankəndidə həyatın yenidən qurulması, yeni yaşayış məhəllələrinin salınması, müasir infrastrukturun yaradılması, sosial obyektlərin inşa olunması və insanların təhlükəsiz, rahat şəraitdə yaşaması üçün həyata keçirilən layihələr göstərir ki, bu qayıdış müvəqqəti deyil, uzunmüddətli və dayanıqlı gələcəyin təməlidir.
Bir zamanlar qaçqın düşərgələrində, yataqxanalarda və müxtəlif bölgələrdə ağır şəraitdə yaşayan insanlar artıq doğma torpaqlarında yeni xatirələr yaratmağa başlayırlar. Bu mənzərə təkcə bir nəslin deyil, gələcək nəsillərin də yaddaşına qələbənin, səbrin və milli birliyin rəmzi kimi həkk olunur.
Xankəndiyə qayıdış eyni zamanda bütün dünyaya göstərir ki, Azərbaycan öz vətəndaşlarının təhlükəsiz, ləyaqətli və firavan şəkildə doğma yurdlarında yaşaması üçün böyük səylər göstərir və işğaldan azad edilmiş ərazilərin bərpasını sürətlə davam etdirir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20

