Alimlər: Şəkərdən tam imtina maddələr mübadiləsinə və bağırsaqlara zərər verir
20.06.2026 [20:37]
Qida rasionundan saxarozanın tamamilə çıxarılması sağlamlıq üçün əvvəllər düşünüldüyündən daha ciddi fəsadlar yarada bilər. Küveytin Dasman Diabet İnstitutunun tədqiqatçıları belə gözlənilməz nəticəyə gəliblər. AZƏRTAC xəbər edir ki, ABŞ Endokrinoloqlar Cəmiyyətinin Çikaqoda keçirilən ENDO 2026 illik elmi konfransında təqdim olunan heyvanlar üzərində aparılmış eksperimentin nəticələrinə görə, az yağlı pəhriz fonunda şəkərdən tam imtina maddələr mübadiləsində ciddi pozuntulara və iltihabı proseslərin yaranmasına səbəb olur.
İndiyədək yağ qəbulunun azaldılması fonunda karbohidratların tamamilə məhdudlaşdırıldığı sərt pəhrizlərin orqanizmə təsiri kifayət qədər öyrənilməmişdi. Doktor Raşid Əhmədin rəhbərlik etdiyi tədqiqat qrupu 16 həftə ərzində iki qrup laboratoriya siçanını müşahidə edib.
Hər iki qrup az yağlı qidalar qəbul etsələr də, nəzarət qrupunun rasionunda saxaroza mövcud olub, ikinci qrupun qidasından isə şəkər tamamilə çıxarılıb. Tədqiqat zamanı bioloqlar qlükoza tolerantlığını, insulinə həssaslığı, qandakı metabolik hormonların səviyyəsini, bağırsaq mikrobiomunun tərkibini, həmçinin yoğun bağırsaq və qaraciyərdə iltihab göstəricilərini ətraflı şəkildə qiymətləndiriblər.
Araşdırmanın nəticələri alimlər üçün ciddi narahatlıq yaradıb. Rasionunda saxaroza olmayan gəmiricilərdə aşağıdakı problemlər qeydə alınıb:
• Qanda qlükoza səviyyəsinin tənzimlənməsinin pozulması;
• İnsulinə qarşı müqavimət (prediabet vəziyyəti);
• Bağırsaq mikroflorasında kəskin disbakterioz və mikrob balansının pozulması;
• Bağırsaqlarda iltihab;
• Qaraciyərin piylənməsi (yağlı hepatoz).
Bununla yanaşı, tədqiqatın müəllifləri mühüm bir məqama diqqət çəkirlər, belə ki, hər iki qrupdakı heyvanların bədən çəkisi demək olar ki, eyni qalıb. Şəkərsiz qidalanan siçanlarda maddələr mübadiləsinin pozulması və daxili iltihabi proseslər çəki artımı olmadan, gizli şəkildə inkişaf edib.
“Az yağlı pəhriz zamanı saxarozanın tamamilə rasiondan çıxarılması gözlənilmədən bağırsaq sağlamlığını pozur və orqanizmdə sistemli iltihabı gücləndirir. Bu isə göstərir ki, balanslaşdırılmış qidalanma şəkərin kor-koranə şəkildə rasiondan çıxarılmasından qat-qat vacibdir”, — deyə doktor Raşid Əhməd bildirib.
Onun sözlərinə görə, karbohidratların müəyyən həcmdə qəbulu bağırsaq mikroflorasının tarazlığının və immun sisteminin normal fəaliyyətinin qorunması üçün həyati əhəmiyyət daşıyır.
Əldə olunan nəticələr gələcəkdə rəsmi qidalanma tövsiyələrinin əhəmiyyətli dərəcədə dəyişməsinə səbəb ola bilər. Belə ki, şəkərə qoyulan sərt qadağalar əvəzinə diqqətin sağlam və müxtəlif bağırsaq mikrobiomunun qorunmasına yönəldilməsi xroniki iltihabların və qaraciyər xəstəliklərinin daha effektiv qarşısının alınmasına kömək edə bilər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

