“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib
19.06.2026 [19:21]
Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında Dayanıqlı İnkişaf Məqsədi 16 (DİM 16) üzrə Konfrans keçirilib.
İtaliyanın BMT yanında Daimi Nümayəndəliyi, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamenti və Beynəlxalq İnkişaf Hüququ Təşkilatı tərəfindən birgə təşkil olunan konfrans “Dayanıqlı inkişaf naminə transformasiya və əlaqələndirilmiş fəaliyyət” mövzusuna həsr olunub.
2019-cu ildən etibarən keçirilən və DİM 16-nın icrasının təşviqi, qabaqcıl təcrübələrin paylaşılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma hesab edilən konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edib.
Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vətəndaşyönümlü dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar, şəffaf, əlçatan və inklüziv dövlət xidmətlərinin təşkili sahəsində əldə olunan nailiyyətləri, eləcə də “ASAN xidmət” modelinin DİM 16-nın hədəflərinin həyata keçirilməsindəki əhəmiyyətli rolunu vurğulayıb.
Bildirilib ki, “ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsində şəffaflığın və hesabatlılığın təmin olunmasına, vətəndaş məmnunluğunun və institusional səmərəliliyin artırılmasına xidmət etməklə, güclü institutların formalaşdırılması və inklüziv cəmiyyətin qurulması istiqamətində mühüm töhfələr verir.
Konfransda BMT Baş katibinin müavini, BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini, Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Baş direktoru, eləcə də müxtəlif ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və akademik dairələrin nümayəndələri iştirak ediblər.
Səfər çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini və Keniyanın dövlət xidməti, insan kapitalının inkişafı və xüsusi proqramlar üzrə naziri ilə görüşlər keçirilib.
Görüşlər zamanı “ASAN xidmət” təcrübəsi barədə geniş təqdimat edilib, həmçinin əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nyu-Yorka səfər zamanı keçirilən tədbir və görüşlərdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev də iştirak edib.
Xəbər lenti
Hamısına baxİdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35

