Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ötən gün 31 cinayətin açılması təmin edilib

Ötən gün 31 cinayətin açılması təmin edilib

18.12.2025 [11:22]

Dekabrın 17-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 309, o cümlədən borclu şəxs qismində axtarışda olan 281, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 4 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 1,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Eləcə də qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 1 tapança, 1 alışdırıcı, 5 tüfəng, 31 patron darağı və 857 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər də saxlanılıb.

Paylaş:
Baxılıb: 255 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31