Humanizmə əsaslanan dövlət siyasəti…
25.04.2026 [15:38]
Azərbaycan-Ukrayna əlaqələrində bu amil xüsusi yerə malikdir
Azərbaycan hər zaman bütün dövlətlərlə ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bəyan edib və bu siyasəti ardıcıl şəkildə həyata keçirib. Xarici siyasət kursumuzda isə qarşılıqlı hörmət, beynəlxalq hüquqa sadiqlik və əməkdaşlıq prinsipləri əsas yer tutur. Bu çərçivədə xüsusilə humanitar əlaqələrin genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub. Tarixi təcrübə də göstərir ki, uzun illər işğal və təcavüzə məruz qalmış, 30 ildən artıq müddətdə ərazilərinin bir hissəsi nəzarət altında saxlanılmış və nəticədə 1 milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşmiş Azərbaycan humanitar məsələlərə həssas yanaşır. Məhz bu səbəbdən ölkə humanitar siyasəti dövlət strategiyasının ayrılmaz tərkib hissəsi kimi qəbul edir.
Rəsmi Bakının mövcud konfrantasiyalara, münaqişələrə və müharibələrə münasibəti də birmənalıdır – biz bütün problemlər sülh və danışıqlar yolu ilə tənzilənməsinin tərəfdarıyıq. Rusiya–Ukrayna müharibəsi kontekstində də Azərbaycan tərəf tutmur və neytral mövqe sərgiləyir. Bununla belə, humanitar dəyərlərə sadiq qalaraq Ukraynaya müxtəlif formalarda yardım göstərir. Bu yardımlar siyasi mövqedən deyil, insan amilinə əsaslanan yanaşmadan irəli gəlir və müharibədən zərər çəkmiş mülki əhalinin vəziyyətinin yüngülləşdirilməsinə yönəlir.
Humanitar dəstək…
Azərbaycan tərəfindən Ukraynaya göstərilən humanitar dəstək bir neçə mərhələni əhatə edir. Müharibənin ilk aylarından etibarən enerji avadanlıqları, tibbi ləvazimatlar və ərzaq məhsulları göndərilib. Sonrakı dövrlərdə elektrik infrastrukturunun bərpasına dəstək məqsədilə generatorlar və transformatorlar təqdim olunub, eyni zamanda sosial obyektlərin fəaliyyətinin təmin edilməsi üçün əlavə yardımlar ayrılıb. Bununla yanaşı, Azərbaycanın dövlət şirkətləri və humanitar qurumları vasitəsilə Ukraynada məktəblərin, xəstəxanaların və digər vacib obyektlərin ehtiyaclarının qarşılanmasına töhfə verilib. Beləliklə, Azərbaycan beynəlxalq münasibətlər sistemində humanizm prinsiplərinə əsaslanan siyasət yürüdərək həm neytral mövqeyini qoruyur, həm də ehtiyac duyan tərəflərə humanitar dəstəyini davam etdirir. Bu yanaşma ölkənin xarici siyasətində insan amilinə verilən önəmin bariz nümunəsi kimi çıxış edir.
Ukraynalı uşaqlar Azərbaycanda rebilitasiya keçir…
Vurğulandığı kimi, humanitar dəstək bir neçə formada özünü göstərir. Ukraynadan olan uşaqlara reabilitasiya proqramlarının həyata keçirilməsi də bu səpkidə atılan humanittar addımlardandır. Qeyd edək ki, müharibənin davam etdiyi dövrdə ümumilikdə 300-ə yaxın uşaq ölkəmizə gətirilərək bu proqramlarda iştirak ediblər. Məsələn, 2024-cü ilin oktyabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə 30 ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib. Uşaqlara Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində keçiriləcək 10 günlük proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək, peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunub. Reabilitasiya proqramı onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır. Uşaqların Azərbaycan mədəniyyəti, tarixi ilə tanışlığı üçün Şəki və Qəbələ şəhərlərindəki muzeylərə ekskursiyalar təşkil olunub.
Ötən ilin avqustunda isə daha 30 uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə əhatə olunublar. Mərkəzdə onlar ilk mərhələdə müayinədən keçirilib. Hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib. Emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarına dəstək məqsədilə uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri keçirilib. Onlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. reabilitasiya xidmətləri göstərilib. 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar üçün asudə vaxtlarının maraqlı keçməsi üçün tarixi yerlərə, muzeylərə ekskursiyalar, stolüstü oyunlar, yarışlar və s. tədbirlər də təşkil olunub.
Enerji sektoru, xəstəxanalar və məktəblər müstəvisində humantar yardımlar edilir
Vurğulandığı kimi, Azərbaycan da uzun illər ədalətsiz müharibəyə cəlb olunub, işğala məruz qalıb. O ağır günlərdə, çətin dövrlərdə Bakı öz gücü ilə bütün problemlərin öhdəsindən gələ bildi. İndiki halda isə, Azərbaycan bu ağırlığı yaşayan bir ölkə olaraq digər dövlətlərə də yardım əlini uzadır. Ukraynada müharibə nəticəsində enerji sistemi sıradan çıxıb və bundan da mülki insanlar əziyyyət çəkir. Ukraynanda mülki insanlar, xəstəxanalar ciddi problemlər yaşayırlar. Bakı bunu da nəzər alıb –nnerji böhranı fonunda Ukraynaya generatorlar, transformatorlar və digər elektrik avadanlıqları göndərilir. Məktəblər, xəstəxanalar və sosial obyektlər üçün texniki və humanitar dəstək davam etdirilir. Ötən dövr ərzində onlarla humanitar yardım karvanı Ukraynaya yola salınıb. Yardımlar fasiləsiz xarakter daşıyır və müharibənin ilk günlərindən başlayaraq bu günə qədər davam edir.
Bakı öz təcrübəsini Kiyev ilə bölüşə bilər…
Azərbaycan öz təcrübəsinə əsaslanaraq həm minatəmizləmə, həm də yenidənqurma fəaliyyətində də Ukraynaya yardım edə bilər. Bəlli olduğu kimi, Azərbaycan dünyada mina terrorundan ən çox zərər görən, əziyyət çəkən ölkələr sırasındadır. Bakı post-müharibə dövründə miqyasaına görə böyük bir ərazini minalardan təmizləyib. Azərbaycan böyük təcrübəyə malik ölkə kimi Ukraynaya mina təmizlənməsi üçün avadanlıqlar verməyə də hazır olduğunu bildirib. Hələ 2023-cü ilin iyununda Ukrayna Bərpa Konfransında çıxışı zamanı Azərbaycanın XİN başçısı Ceyhun Bayramov bildirmişdi ki, Azərbaycan minatəmizləmə sahəsində Ukrayna üçün avadanlıq təmin etmək niyyətindədir.
Ötən ilin oktyabrında isə ANAMA və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti humanitar minalardan təmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalayıb. Anlaşma memorandumu Tokioda UMAC-2025 konfransı zamanı imzalanıb.
Bu ilin fevralında isə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev ilə Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov arasında imzalanmış Memorandumun icrası məsələlərini müzakirə edib. Tərəflər minatəmizləmə sahəsində müasir texnologiyaların tətbiqinin, mütəxəssislərin hazırlanmasının, təcrübə mübadiləsinin aparılmasının, eləcə də beynəlxalq humanitar təşəbbüslər çərçivəsində səylərin əlaqələndirilməsinin vacibliyini qeyd ediblər. Ukrayna tərəfi ardıcıl dəstəyə və həmrəyliyə, o cümlədən "Revival-P" minatəmizləmə maşınının verilməsinə görə Azərbaycana minnətdarlığını bildirib. Qeyd edək ki, səfir Kiyevin Azərbaycanla humanitar minatəmizləmə sahəsində əməkdaşlığı regional təhlükəsizliyin və beynəlxalq sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə kimi qiymətləndirdiyini də vurğulayıb.
Paralel olaraq, Azərbaycan bərpa və quruculuq sahəsində dünyada unikal təcrübəuə malik ölkədir. Gələcəkdə bərpa və quruculuq layihələrinin reallaşdırılmasında da Azərbaycan Ukrayna ilə öz təcrübəsini bölüşə bilər.
Siyasi-iqtisadi əlaqələr yüksək səviyyədədir…
İki ölkə arasındakı siyasi-iqtisadi münasibətlər də yüksək səviyyədədir – Ukrayna ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın inkişaf potensialı böyükdür. Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələri geniş coğrafiyanı əhatə edir. SOCAR-ın Ukraynada yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bu da ikitərəfli biznes əlaqələrinin inkişafına töhfədir
Azərbaycan müstəqil dövlətdir, xarici siyasətini, ikitərəfli və çoxtərəfli əlaqələrini öz milli maraqlarına uyğun qurur və həyata keçirir. Bu əlaqələr heç bir zaman başqa ölkələrə qarşı yönəlməyib. Azərbaycan bütün öllələrin ərazi bütövlüyünün və suverenliyinin tərəfdarıdır. Bu, beynəlxalq hüququn təməl prinsiplərindən biridir. Bu prinsiplərə riayət olunmadığı halda təhlükəsizlik, əməkdaşlıq, sülh şəraitində birgəyaşayış mümkünsüz hala gəlir. Azərbaycan ərazi bütövlüyünün pozulmasından onillər əziyyət çəkib. Ona görə də bu prinsiplərə riayət olunmasınln vacibliyini yaxşı dərk edir. Bu mənada, Azərbaycan Ukrayna ilə Rusiya arasındakı münaqişədə hər hansı bir formada iştirak etmir, hərbi komponentlərdən tamamilə uzaqdır. Azərbaycan bu müharibınin iki dövlət arasında qarşılıqlı dialoq və anlaşma şəraitində həllinin tərəfdarıdır. Hətta Azərbaycan regionun diplomatik paytaxtı olaraq, münaqişəyə hər hansı subyektiv baxışı olmayan ölkə kimi gələcəkdə bu münaqişənin sülh yolu ilə həlli üçün platforma rolunu oynaya biləcəyini dəfələrlə bəyan edib. Bakı həm Kiyev, həm də Moskva ilə qarşılıqlı əlaqələrə malikdir və bu münaqişədə tərəf tutmur. Azərbaycan həmişə dost hesab etdiyi ölkələr arasında dostluq münasibətlərinin inkişafını təşviq edir, buna dəstək göstərir. Bu, Azərbaycanln xarici siyasətinin təməl prinsiplərindən biridir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27

