İqtisadi inkişafın aparıcı qüvvəsi...
25.04.2026 [09:32]
Sahibkarlıq güclü iqtisadiyyatın təməlidir
Sahibkarlığın inkişafı hər bir ölkənin iqtisadi yüksəlişində mühüm rol oynayır. Sağlam və əlverişli biznes mühitinin formalaşdırılması üçün sahibkarlığın genişlənməsi xüsusi əhəmiyyət daşıyır. Hazırda ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl iqtisadi strategiyanın əsas istiqamətlərindən biri də məhz bu sahənin inkişaf etdirilməsidir. Milli iqtisadiyyatın sabit və balanslı şəkildə böyüməsinin təmin olunması, eyni zamanda regionların daha sürətli inkişafı dövlətimizin qarşısında duran prioritet məqsədlər sırasındadır. Bu istiqamətdə qəbul edilən dövlət proqramları isə uğurla icra olunur.
Təsadüfi deyil ki, bu gün siyasətimizin mühüm hissəsini sahibkarlara dövlət dəstəyinin artırılması təşkil edir. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilir, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılıb, onların tətbiqi nəticəsində müdaxilə halları azalıb. Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi və işgüzar əlaqələrinin inkişafı istiqamətində mütəmadi tədbirlər də həyata keçirilməkdədir.
Böyük nüfuza malik sahibkarlarımız...
Azərbaycanda sahibkarlıq fəaliyyəti qədim tarixə malik olmaqla böyük inkişaf yolu keçib. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində bu qədim fəaliyyət növü sürətli və böyük inkişaf dövrü yaşayıb. Ölkəmizin malik olduğu müxtəlif təbii sərvətlər həm xarici iş adamlarının ölkəyə gəlməsinə, həm də yerli sahibkarlığın inkişafına əvəzsiz şərait yaradıb. Azərbaycan ən qiymətli sərvətlərdən olan neft ölkəsidir. Hələ 19-cu əsrdə Azərbaycanda neft hasilatı üzrə dünyada böyük nüfuza malik sahibkarlar yetişib. Həmin sahibkarların ölkəmizin iqtisadi inkişafında, xüsusilə neft hasilatı və emalı sənayesinin inkişafında əhəmiyyətli rolu olub. Dövrünün böyük nüfuz sahibləri olan bu insanlar ölkədə binalar, məktəblər, teatrlar, xəstəxanalar tikdirib, əhalinin böyük hissəsini işlə təmin ediblər. Bu baxımdan Hacı Zeynalabdin Tağıyevin, Musa Nağıyevin, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Seyid Mirbabayevin, Səlimovun, Mirzəyevin və onlarla başqalarının adları sahibkarlıqla məşğul olanlara əsl nümunə və həyat məktəbi olmalıdır.
Azərbaycan Ticarət evləri
Son illər sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahəsində mühüm addımlar atılıb. Dövlət başçısı Azərbaycan sahibkarlarına xarici ölkələrə ixrac missiyalarını genişləndirmək sahəsində də ciddi dəstək verib. Azərbaycan Ticarət evlərinin fəaliyyət göstərdiyi ölkələrin sayı sürətlə artır. Belarus, Çin, Ukrayna, Latviya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri (Dubay) və bir sıra ölkələrdə Azərbaycan Ticarət evləri fəaliyyət göstərir.
Davamlı inkişafın açarı...
Bütün dünyada olduğu kimi, Azərbaycanda da kiçik və orta biznes subyektləri iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır. Azərbaycanda sahibkarların 99 faizdən çoxunu kiçik və orta sahibkarlıq subyektləri təşkil edir. Fəaliyyətdə olan həmin subyektlərin 97,3 faizi mikro, 1,9 faizi kiçik və 0,8 faizi orta sahibkarlıq subyektləridir. Ölkəmizdə kiçik və orta sahibkarlıq subyektləri əsasən ticarət, kənd təsərrüfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər.
Qeyd edək ki, bu gün Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd olunur. Dövlət başçısının 2016-cı il 21 aprel tarixli sərəncamına əsasən, bu gün hər il aprelin 25-də qeyd edilir. “Sahibkarlar Günü”nün qeyd edilməsi bu sahəyə göstərilən dövlət qayğısının daha bir ifadəsidir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

