Bakı Təşəbbüs Qrupu Ermənistanla bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
25.04.2026 [07:16]
Bakı Təşəbbüs Qrupu (BTQ) bəyan edir ki, Ermənistan ərazisində tarixən yaşamış azərbaycanlılara qarşı həyata keçirilmiş siyasət təkcə etnik ayrı-seçkilik deyil, həm də sistemli şəkildə aparılmış müstəmləkəçi təfəkkürün, irqi ayrı-seçkilik xarakterli və monoetnikləşdirməyə hədəflənmiş siyasətin tərkib hissəsi olmuşdur.
BTQ-dən AZƏRTAC-a daxil olan bəyanatda deyilir:
“Azərbaycanlıların yeganə “günahı” onların milli mənsubiyyəti idi. Onlar 1905-1906-cı illərdə, 1918-ci il və XX əsrin sonrakı mərhələlərində kütləvi qırğınlara, etnik təmizləməyə, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının kobud şəkildə pozulmasına məruz qalmışdır.
Azərbaycanlılara qarşı törədilən kobud qanun pozuntuları kolonial güclərin tarixən müstəmləkə altında saxladığı xalqlara qarşı törətdiyi vəhşiliklərin təkrarı idi.
Ermənistan SSR-nin məqsədyönlü şəkildə həyata keçirdiyi kolonial təfəkkürlü siyasət azərbaycanlıların öz tarixi yaşayış məkanlarından mərhələli şəkildə sıxışdırılmasına, onların mədəni-dini irsinin silinməsinə və nəticə etibarilə Ermənistanın monoetnik respublikaya çevrilməsinə xidmət etmişdir.
Bu xüsusda azərbaycanlıların kütləvi sürgün əməliyyatları 1948-1953-cü illəri əhatə etmiş və 150 mindən çox azərbaycanlı öz el-obasından didərgin düşmüşdür. Bu aktlar insan talelərində dərin faciələr yaratmış, minlərlə ailəni doğma torpaqlarından ayırmış, ağır köçürülmə şəraiti insanların həyatına, sağlamlığına və sosial vəziyyətinə ağır zərbə vurmuşdur.
Eyni zamanda, azərbaycanlılara məxsus tarixi-mədəni irs məqsədyönlü şəkildə silinmiş, Azərbaycan mənşəli toponimlər kütləvi qaydada dəyişdirilmiş, yaşayış məntəqələri, qəbiristanlıqlar, dini və mədəni abidələr dağıdılmış və ya özgələşdirilmişdir. Bu siyasət yalnız insanların fiziki olaraq öz yurdlarından çıxarılması ilə məhdudlaşmamış, onların tarixi yaddaşının və mədəni izlərinin silinməsini də hədəfləmişdir.
1987-ci ilin sonlarından etibarən Ermənistan hakimiyyəti Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirmiş, bunun ardınca Ermənistanda hələ də yaşamaqda olan 250 mindən çox azərbaycanlı zor gücünə öz doğma yurdlarından qovulmuşdur. Azərbaycanlıların yaşadığı kəndlərə silahlı hücumlar təşkil edilmiş, insanlar öz evlərini tərk etməyə məcbur edilmiş, beləliklə, Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti başa çatdırılmışdır.
Bu proses yalnız azərbaycanlılara qarşı yönəlməmişdir. Ermənistanın monoetnik dövlətə çevrilməsi siyasəti nəticəsində digər etnik və dini azlıqlar da sıxışdırılmış, onların sayı kəskin şəkildə azalmışdır. Bu fakt Ermənistanın uzun illər ərzində məqsədyönlü şəkildə bu siyasəti apardığını göstərir. Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycanın suveren ərazilərinin 20 faizini işğal etmişdir.
Bu gün Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin irəlilədiyi bir vaxtda Ermənistan cəmiyyətində azərbaycanlılara və türklərə qarşı nifrət ritorikasının, revanşist çağırışların və irqçi yanaşmaların hələ də mövcud olması ciddi narahatlıq doğurur. Davamlı sülh yalnız tarixi ədalətsizliklərin etirafı, insan hüquqlarına hörmət, ayrı-seçkilik siyasətindən imtina və zorla çıxarılmış insanların hüquqlarının bərpası əsasında mümkün ola bilər.
Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti, insan hüquqları institutlarını, BMT-nin müvafiq mexanizmlərini və digər beynəlxalq təşkilatları Ermənistan dövlətinin azərbaycanlılara qarşı həyata keçirdiyi müstəmləkəçi təfəkkürlü, həmçinin etnik ayrı-seçkilik, dözümsüzlük siyasətinə obyektiv qiymət verməyə çağırır”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

