Ağcaqanad sancması ilə başlayan təhlükə
25.04.2026 [09:16]
Malyariya hər il yüz minlərlə can alır...
Malyariya dünyada ölümə səbəb olan təhlükəli xəstəliklərdən biridir və ən çox Afrikada yayılıb. Bu xəstəlik ağcaqanadlar vasitəsilə ötürülür, xüsusilə, Sahara bölgəsində geniş yayılıb. Hər il təxminən 300 milyondan artıq insan malyariyaya yoluxur və onların yarım milyona qədəri həyatını itirir. Malyariya daşıyan ağcaqanad insanı sancdıqda, parazit birbaşa qana daxil olur və qısa müddət ərzində qan dövranı vasitəsilə qaraciyərə çatır.
Parazitlər qaraciyərin divarlarına yapışır, böyüyür və partlayıb, çoxalır. Onların çoxalma funksiyası sürətlə baş verir. Get-gedə virus eritrositlərə daxil olmağa başlayır. Əksər hallarda simptomlar özünü yoluxmadan sonra 10 gün-4 həftə ərzində büruzə verir, lakin insan halsızlıq və zəifliyi həm 8 gündən sonra, həm də 1 ildən sonra hiss edə bilər.
Yeri gəlmişkən, bu gün Ümumdünya Malyariya ilə Mübarizə Günü kimi qeyd olunur. 2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında bu xəstəliklə səmərəli mübarizə aparmaq barədə qərar qəbul edilib.
Virusun məkanı - damarlar, limfalar, qaraciyər
Qədim dövrlərdə güman edilirdi ki, malyariyanın yaranmasına səbəb çirkli hava, natəmizlik, insanların heyvanlarla təmasda olmasıdır. Özü də bu xəstəliyə daha çox gənclərdə rast gəlinirdi.
Hələ eramızdan əvvəl mövcud olan bu xəstəlik haqqında ilkin məlumatlara Hippokratın əlyazmalarında rast gəlinib. Qədim Yunanıstanda, Ərəb ölkələrində, Yaponiyada insanların kütləvi ölümünə səbəb olan bu xəstəliyə Tutanxamon da yoluxub. Həmin dövrlərdə mütəxəssislər güman edirdi ki, bu, düşmənlərin hazırladıqları zəhərdir, hava vasitəsilə insanlara ötürülür. XIX əsrdə isə fransalı alim Ş.Laveran malyariyanın virus olduğunu aşkarlayıb. 1894-1899-cu illərdə isə amerikalı alim P.Menson malyariyanın ağcaqanadların dişləməsi nəticəsində yarandığını aşkarlaya bilib.
Kimlər risk altındadır?
-İstirahətə gedənlər
-Su kənarında çox gəzməyi sevənlər
-Dağlıq ərazidə yaşayanlar
-Ağcaqanad dişləməsinə önəm verməyənlər
-İmmuniteti zəif olanlar
-Pəhriz saxlayanlar.
Müalicə necə aparılmalıdır?
Xəstəliyin müalicəsi mümkündür. Amma həkimə vaxtında müraciət etmək lazımdır. Müalicənin müddəti malyariyanın diaqnoz olunmuş formasından, xəstənin yaşından asılıdır. Allergiyaya meyilli olan insanlarda xəstəliyin gedişatı daha ağır olur. İnsanların əksəriyyəti malyariya parazitinə yoluxduqlarını dərk edə bilmirlər, buna görə də çox vaxt gec müraciət edirlər. Ölüm halları əsasən, tropiki malyariya vaxtı baş verir. Ölkəmizdə isə daha çox üçgünlük malyariyaya rast gəlinir.
Profilaktik tədbirlər...
Malyariyanın aktiv olduğu bölgələrdə tez-tez xəstəlik əleyhinə dərman qəbul etmək məsləhətdir. Ağcaqanad sancmalarından qorunmaq lazımdır. Evdə ağcaqanadların olmamasına nəzarət edilməlidir. Ən yaxşısı isə ağcaqanadların çoxaldığı mövsümdə bədənin açıq yerlərinə həşəratlardan qorunmaq üçün kremlər çəkilməlidir. Ağcaqanadların yumurta qoya biləcəyi yerlərdən su yığılmalarını ləğv etmək lazımdır.
Xəstəliyə qarşı ən təsirli dərman
Malyariya zamanı xəstədə anemiya halları çoxalır. Buna görə də xəstəyə çoxlu alma və ət yeməkləri vermək lazımdır. Malyariya zamanı çoxlu göyərti, nar yemək, çuğundur şirəsi içmək orqanizmin müqavimətini artırır, xəstəliyə qarşı mübarizəni gücləndirir.
Digər mənbələrə görə, malyariya zamanı bol qatıq yemək və portağal şirəsi içmək məsləhətdir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46

