Kollektiv Qərbin yeni planı...
28.03.2024 [10:43]
İrəvan bu ssenaridə alətdir
Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberqin Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanda baş tutan görüşü fonunda regionda gərginliyin artacağı ilə bağlı məlumatlar yayılıb. Gələn xəbərlərdən biri də ondan ibarətdir ki, 2024-cü ilin aprelində ABŞ-ın dövlət katibi Blinkenin və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Paşinyan və Stoltenberqlə genişləndirilmiş heyətdə görüşü gözlənilir. Ehtimal olunur ki, ABŞ və Avropa İttifaqı Ermənistana təhlükəsizlik qarantının verilməsini özündə ehtiva edən sazişin imzalanmasına hazırlıqlar aparırlar. Bu sənədin Ukrayna ilə Böyük Britaniya, Fransa, Almaniya və digər dövlətlərlə ikitərəfli qaydada imzalanan razılaşmanın oxşarı olacağı gözlənilir. Əgər bu, baş verərsə, heç şübhəsiz ki, regionda siyasi proseslər tamam fərqli istiqamətdə inkişaf edəcək.
Mümkün variantlardan ən pisi
Ekspertlərin qənaətinə görə, sülhyaratma prosesinin indiki mərhələsində bəhs olunan sənədin imzalanması mümkün variantlardan ən pisidir. Vəziyyəti çıxılmaza sala biləcək amillər çoxdur. İlk növbədə ortaya sual çıxır: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü “donduran” Ermənistan hansı addımları atacaq? Bu ölkənin KTMT üzvlüyündən çıxması qaçılmaz zərurətə çevriləcək.
Eyni zamanda, Ermənistanın Gümrü şəhərindəki Rusiyaya məxsus 102-ci hərbi bazanın taleyinə də aydınlıq gətirilməlidir. Belə çıxır ki, Ermənistan rəhbərliyi KTMT-nin və Rusiya hərbi bazasının ölkədəki mövcudluğuna son qoymaqda və onu Qərbin qüvvələri ilə əvəzləməkdə qərarlıdır. Bu, Aİ-nin hazırda Ermənistanda olan missiyasından sonra Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması cəhdidir. Proseslərin bu şəkildə inkişafı regionda partlayışa, formalaşmaqda olan etimad mühitinə və təhlükəsizliyə böyük zərbə ola bilər.
Region dövlətlərinin böyük narahatlığı
Ərazi bütövlüyünü və suverenliyini tam təmin edən Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar onillikləri əhatə edən gərginlikdən, müharibə risklərindən sonra regionda davamlı sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün fundamental zəmin qismində çıxış edə bilər. Azərbaycan qalib statusuna baxmayaraq, heç bir ilkin şərt irəli sürmədən müharibə səhifəsini bağlamaq istəyir və sülh təşəbbüslərindən çıxış edir.
Lakin məğlub Ermənistan tamam fərqli yanaşmalar sərgiləyir. O cümlədən bu ölkənin havadarları onu revanşizmə sürükləyir və sılahlandırırlar. Brüsseldə danışıqların aparllması, Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması sülh prosesinə dəstək deyil, əslində, məsələni birtərəfli qaydada həll etmək cəhdidir ki, bu da ölkəmizin maraqlarına cavab vermir. Azərbaycana qarşı növbəti dəfə qərəzli addımların atıldığı ortadadır. Hadisələrin bu formada inkişafının, sülh prosesinin uzanmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Məğlub ölkə qalib Azərbaycanın beynəlxalq hüquqa əsaslanan sülh təşəbbüslərini qəbul etməlidir. Azərbaycan o mövqedən çıxış edir ki, regionun məsələləri region dövlətlərinin iştirakı ilə həllini tapmalıdır, o cümlədən sülh prosesi ikitərəfli formatda inkişaf etdirilməlidir.
Qərb kontingentinin bölgəyə gəlməsi, həmçinin region dövlətlərinin maraqlarına ziddir.
Artıq Qərb Ukraynanın ardınca indi də Rusiyanı Cənubi Qafqazdan, daha sonra isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq planını işə salıb. Rusiya bu plana cavab verməlidir və belə görünür ki, cavab özünü çox gözlətməyəcək.
Eyni zamanda, regionun digər dövləti olan İran nəhayət görür ki, Ermənistanla sərhədlərində onun təhlükəsizliyinə ciddi təhdid yaranmaqdadır. Bəzi məlumatlara görə, artıq İranın xüsusi xidmət orqanlarının əməkdaşları müxtəlif adlar altında Ermənistana keçməyə başlayıblar. Onların qarşıdan gələn dövrdə baş verə biləcək hadisələrdə rolunu ehtimal etmək bir o qədər də çətin deyil.
Qərbin hərbi kontingentini indi də Cənubi Qafqazda yerləşdirməyə çalışması imperialist güc mərkəzlərinin siyasətinin mahiyyətini bir daha açıb göstərir. ABŞ başda olmaqla Qərb dövlətləri bütün dünyada, o cümlədən də Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. Ermənistan bu ssenaridə vasitədir və hadisələrin gözlənilən formada inkişafı onun Ukrayna və ya Livana çevriləcəyinə şübhə doğurmur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53

