Müasir və hazırlıqlı ordu...
04.11.2022 [10:15]
Cənub regionunda keçirilən hərbi təlimlər XTQ-nin təkmilləşdirilməsinə hesablanıb
P. İSMAYILOV
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən noyabrın 2-də Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hərbi hissələrinin təlimi başlayıb. Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlimin planına əsasən hərbi hissələr “Həyəcan” siqnalı ilə qaldırılıb. Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib. Digər qoşun növləri ilə qarşılıqlı fəaliyyət təşkil edilib.
Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edirlər. Xüsusi təyinatlılar tərəfindən şərti düşmənin dərinliyində müxtəlif kəşfiyyat tapşırıqları və xüsusi əməliyyatlar yerinə yetirilib. Aviasiya və artilleriya vasitələrinin, eləcə də zərbə dronlarının dəstəyi ilə təyin edilən həddin və məntəqələrin nəzarətə götürülməsi üzrə fəaliyyətlər icra edilib. Plana əsasən xüsusi hazırlıqların yoxlanılması paralel davam etdirilir, o cümlədən yüksək dağlıq, meşəlik ərazilərdə döyüş tapşırıqlarının icrası və çətin maneələr sisteminin dəf edilməsi üzrə hərbi qulluqçuların peşəkarlıq səviyyəsi yoxlanılır.
Bundan başqa, Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissəsinin şəxsi heyəti ilə də taktiki-xüsusi təlim keçirilib. Təlimin planına uyğun olaraq əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib. Mümkün təxribatın qarşısının alınması məqsədilə komandolar daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində hərəkət ediblər.
Əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin müvəqqəti sığınacaqlarının müəyyən olunaraq mühasirəyə alınması və zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.
Keçirilən təlimdə əsas diqqət şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsinə, atıcı silahlardan istifadəetmə bacarıqlarının artırılmasına, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib. Qeyd edək ki, təlimlər Azərbaycanın cənub bölgəsində həyata keçirilir.
Məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Ramil Məmmədli bildirib ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsi və artan imkanları ordu quruculuğu istiqamətində davamlı təkmilləşməni, inkişafı zəruri edib. Xüsusilə, torpaqlarımızın düşmən işğalından azad edilməsindən sonra sərhədlərimizin təhlükəsizliyinin təminatı güclü milli ordunun mövcudluğunu şərtləndirir: “Bu baxımdan, ordu quruculuğu prosesinin dövlət başçısı səviyyəsində prioritet elan olunması kifayət qədər önəmli əhəmiyyət daşıyır. Belə demək mümkündürsə, yüksək döyüş hazırlığına malik nizami ordu, güclü hərbi-sənaye kompleksi hər bir ölkənin, o cümlədən Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı qarantıdır”.
Hərbi ekspertin fikrincə, Vətən müharibəsindən sonrakı mərhələdə Azərbaycan Ordusunun müasir texnika və silahlarla təmin olunması, eləcə də peşəkarlığının artırılması yönündə əsaslı addımlar atılmaqdadır. Ordunun komplektləşdirilməsi, yeni hərbi birliklərin formalaşdırılması, onların fərqli situasiyalarda və coğrafiyalarda davranış və döyüş qabiliyyətinin artırılması xüsusi əhəmiyyət kəsb etməkdədir. “Bir faktı qeyd etmək yerinə düşər ki, ordumuzun hərbi birlikləri son bir neçə ay ərzində fərqli təlimlərdə iştirak etməklə döyüş hazırlığının ən yüksək səviyyədə artırmağa və müasir, yeni döyüş üslublarını mənimsəməyə nail olub. Məsələn, bu ilin martında Azərbaycan Silahlı Qüvvələrinin snayperçiləri Türkiyədə təlimlərə qatılıblar. Aprel ayında isə Azərbaycan hərbçiləri Türkiyə Quru Qoşunlarının Təlim Nəzarət Mərkəzi Komandanlığında təlim keçiblər. “Sarsılmaz Qardaşlıq-2022 Kompüter Dəstəkli Komanda Qərargah Təlimi” adlanan təlim olduqca uğurla başa çatıb. Eləcə də, may ayının ikinci ongünlüyündə Azərbaycan hərbçiləri növbəti dəfə Türkiyədə təlimlərdə iştirak ediblər. Hazırki təlimlər isə illik döyüş hazırlığı planı əsasında keçirilir. Bəlli olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrinin ən mühüm birləşmələrindən sayılan xüsusi təyinatlıların hazırlıq prosesi daim nəzarətdə saxlanılır. 44 günlük vətən müharibəsi dövründə böyük qəhrəmanlıqlara imza atmış xüsusi təyanatlılarımızın hazırlıq prosesləri isə olduqca vacib şərtdir. Bu gün xüsusi təyanatlılarımız suda, quruda, o cümlədən çətin relyefli ərazilərdə döyüş tapşırıqlarının icrası ilə bağlı təlimlərdə təkmilləşirlər. Bu mənada, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyanatlılarının da rolu vurğulanmalıdır. Birgə təlimlər ordu hissələrimizin ən çətin döyüş tapşırıqlarını yerinə yetirilməsinin mənimsənilməsi üçün bir fürsətə çevrilib. Təlimlərin cənub bölgəsində keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bəlli olduğu kimi, İran Azərbaycanla sərhəddə bu il iki dəfə genişmiqyaslı təlim keçib. Təbii ki, biz əzələ nümayiş etmək fikrindən uzağıq. Ümumiyyətlə, Azərbaycanın xüsusi təyinatlı qüvvələr səviyyəsində kimlərəsə güc nümayiş etdirməyinə ehtiyac yoxdur. Azərbaycan öz gücünü diplomatiyası, siyasəti ilə ortaya qoyur, həm də güclü ordu quruculuğu ilə təqdim edir. Hər kəs bilməlidir ki, Azərbaycan ordusu olduqca müasir və hazırlıqlı ordudur. Heç bir təhdid və ya təlim bizləri qorxuda bilməz”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

