Xalqlarımızın birliyi və dostluğu sayəsində biz Böyük Qələbə qazana bildik
07.12.2010 [09:26]
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin başçısı Leyla Əliyeva Leninqradın müdafiəsi zamanı həlak olmuş azərbaycanlı döyüşçülərin xatirə lövhəsinin təntənəli açılış mərasimində iştirak edib. Xatirə lövhəsinin açılışı “Nevski Pyataçok” Əsgəri Memorialın Beynəlmiləl şöhrət və xatirə xiyabanında olub. Abidənin yaradılması layihəsi Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin hamiliyi altında Leninqrad vilayəti hökumətinin dəstəyi ilə həyata keçirilib.
Leninqrad vilayətinin vitse-qubernatoru Aleksandr Kuznetsov mərasimdə çıxış edərək deyib: “Əsgər və zabitlər burada öz borclarını şərəflə yerinə yetirmişlər. Abidənin açılışı göstərir ki, bizim dövlətlərin xalqları və rəhbərləri həlak olmuş ata-babalarımızın xatirəsinə sadiqdir”.
Leyla Əliyeva Leninqradın müdafiəsi uğrunda gedən döyüşlərdə həlak olmuş azərbaycanlı əsgərlərin xatirəsini anmaq üçün “Nevski Pyataçok”a toplaşmış tədbir iştirakçılarına səmimi qəlbdən minnətdarlığını bildirərək deyib ki, keçmiş Sovet İttifaqı xalqlarının Böyük Vətən müharibəsi illərində göstərdiyi rəşadətin bəşəriyyət tarixində tayı-bərabəri olmayıb. Hitler faşizmi üzərində Qələbəyə Azərbaycan xalqı böyük töhfə verib. Döyüş meydanlarında 300 mindən çox azərbaycanlı həlak olub. O deyib: “Təyyarəçi Hüseynbala Əliyevin göstərdiyi hünər məlumdur. O, Leninqrad ətrafında döyüşlərdə bir uçuşda 2 düşmən təyyarəsini, o cümlədən ikincisini ölümcül yaralanmış vəziyyətdə məhv etmişdir. Bu qəhrəmanlığına görə ali hökumət mükafatına - “Lenin ordeni”nə layiq görülmüşdür. Leninqradın mühasirəsi 900 gün davam etmişdir. Aclıq, soyuq və bombardmanlar üzündən yüz minlərlə insan həlak olmuşdur. Amma nə artilleriya atəşləri, nə də daimi ölüm qorxusu leninqradlıların dəmir iradəsini və vətənpərvərlik ruhunu qıra bilmədi. Şəhər davam gətirdi və bu gün inkişafda olan Sankt-Peterburq dünyanın mədəni paytaxtı statusunu təsdiq edir”.
L.Əliyeva bildirib ki, Azərbaycan Respublikasının Xatirə Kitabında Leninqradın faşistlərin mühasirəsindən azad edilməsi uğrunda “Nevski Pyataçok”da və Sinyavinsk yüksəkliklərində gedən döyüşlərdə həlak olmuş 850 azərbaycanlının adı yer alıb. O, deyib: “Nevski Pyataçok” döyüş meydanı hərb tarixinin ən rəşadətli və faciəli səhifələrindən biridir. Döyüş meydanının müdafiəçilərinin tərkibi, demək olar, hər gün büsbütün yenilənirdi - həlak olanları yeni döyüşçülər əvəz edirdi. Artıq peterburqlu heykəltəraş tərəfindən abidə hazırlanmışdır və gələn il Fondun nümayəndəliyinin hamiliyi altında, Leninqrad vilayəti hökumətinin dəstəyi ilə Sinyavinsk yüksəkliklərində ucaldılacaqdır. Döyüşçülərin rəşadəti gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır. Sevindirici haldır ki, bu gün mərasimdə çoxlu gənc iştirak edir. Onların vətən uğrunda canlarından keçmiş ata və babalarının xatirəsini uca tutmaları çox vacibdir. Xalqlarımızın birliyi və dostluğu sayəsində biz Böyük Qələbə qazana bildik. Bu Qələbə belə bir danılmaz həqiqəti təsdiq etdi ki, biz sülhə, əmin-amanlığa və vətəndaşlarımızın xoşbəxt gələcəyinə ancaq bir yerdə nail ola bilərik”.
Sonda L.Əliyeva bu layihəni dəstəklədiklərinə görə Leninqrad vilayətinin qubernatoru Valeri Serdyukova, vilayət hökumətinə, həmçinin, layihəni icra edən istedadlı heykəltəraşlar Gennadi Belousova və Andrey Rıtova minnətdarlığını bildirib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov çıxışında 1941-1944-cü illərdə Leninqrad uğrunda gedən döyüşlərdə həlak olmuş döyüşçülərin xatirə lövhəsinin açılmasının tarixi əhəmiyyətini vurğulayaraq bildirib ki, Böyük Qələbəni məhz xalqlarımızın dostluğu və birliyi sayəsində əldə etmək mümkün olub.
Müfti Cəfər Ponçayev həlak olmuş döyüşçülərin ruhuna dua oxuyub.
çıxışlardan sonra Leyla Əliyeva və Aleksandr Kuznetsov xatirə lövhəsini açıblar. Tədbir iştirakçıları lövhənin qarşısına güllər düzüblər. Mərasim iştirakçıları qarşısından keçən fəxri qarovul dəstəsi qəhrəmanların xatirəsinə ehtiramını bildirib.
Leyla Əliyeva, həmçinin “Leninqrad blokadasının yarılması” qoruq-muzeyində olub. Qoruğun işçiləri muzeyin mərkəzi ekspozisiyasından - Leninqradın müdafiəsi tarixində dönüş yaratmış 1943-cü il hadisələrini canlandıran dioramdan danışıblar.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin başçısı həlak olmuş qəhrəmanların nurlu xatirəsinə qayğıkeş münasibət göstərdiklərinə görə muzeyin əməkdaşlarına minnətdarlığını bildirib, Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilib, Leninqrad uğrunda döyüşlərdə canlarından keçmiş azərbaycanlıların (850 nəfər) adbaad siyahısı olan “Leninqradın faşist blokadasından azad edilməsi uğrunda qəhrəmancasına həlak olmuş azərbaycanlılar” kitabını muzeyə hədiyyə edib.
Təntənəli mərasimdə RF XİN-in Yekaterinburqdakı nümayəndəsi Vladimir Zapevalov, Leninqrad vilayəti Kirov rayonunun başçısı Nikolay Yemelyanov, Yaponiyanın və Litvanın baş konsulluqlarının, Qırğızıstanın fəxri konsulluğunun, habelə Azərbaycan diasporunun nümayəndələri, Rusiyanın şimal paytaxtının ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

