“Reuters”: Pentaqon İspaniyanın NATO-da üzvlüyünün dayandırılmasına eyham vurur
24.04.2026 [21:50]
Pentaqonun daxili elektron poçtunda İranla müharibədə ABŞ-nin əməliyyatlarına dəstək verməyən NATO müttəfiqləri üçün potensial cəzalar təsvir olunur.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, həmin cəzaların bir qismi İspaniyanın Alyansdakı üzvlüyünün dayandırılmasını və ABŞ-nin Britaniyanın Folklend adalarına (Malvin adaları) iddiaları ilə bağlı mövqeyinin nəzərdən keçirilməsini əhatə edir.
Agentliyə məlumat verən mənbə bildirib ki, siyasət variantları bəzi müttəfiqlərin İranla müharibənin bir hissəsi olaraq, ABŞ-yə İrana giriş, baza hüquqları və uçuş hüquqlarını verməkdən imtina etməsi və ya bunu istəməməsi ilə bağlı məyusluğunu ifadə edən bir memorandumda ətraflı şəkildə təsvir olunub.
Elektron poçtda qeyd olunan variantlardan biri “problemli” ölkələrin mühüm və ya nüfuzlu NATO mövqelərindən çıxarılmasını ehtiva edir. Prezident Donald Tramp fevralın 28-də hava hücumları başlayandan bəri qlobal gəmiçilik üçün bağlanmış Hörmüz boğazının yenidən açılmasına kömək etmək məqsədilə dəniz qüvvələri göndərməkdən imtina edən NATO müttəfiqlərini kəskin tənqid edib. O, həmçinin Alyansın tərk etməyi düşündüyünü də bildirib.
“Mənim yerimdə olsaydın, bunu etməzdin?” -deyə Tramp aprelin 1-də “Reuters”ə verdiyi müsahibədə ABŞ-nin NATO-dan çıxma ehtimalı ilə bağlı suala cavab olaraq soruşub. Lakin rəsmi mənbənin sözlərinə görə, e-poçtda ABŞ-dən bunu etməsi tələb olunmur. Həmçinin Avropadakı bazaların bağlanması təklifi də yoxdur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15

