"WikiLeaks" internet saytının bu addımı açıq təxribatdır
03.12.2010 [10:06]
“WikiLeaks” internet saytının noyabrın 28-də ABŞ-ın xarici siyasətinin strategiyası haqqında məxfi məlumatları dərc etməsi dünyada geniş əks-səda doğurub. Dünyanın bütün yerlərində rəsmi və qeyri-rəsmi səviyyələrdə bu addım narazılıqla qarşılanır və saytın bu addımı təxribat kimi qiymətləndirilir. O cümlədən, ölkəmizlə bağlı həqiqətdən uzaq, qeyri-obyektiv məlumatların yer aldığı bu materiallara ictimaiyyətin müxtəlif təbəqələrindən kəskin etirazlar ifadə olunur. Azərbaycanın xaricdə fəaliyyət göstərən diaspor üzvləri də saytın məlumatları ilə bağlı narahatçılıqlarını ifadə edir, bu təxribatların təəssüf doğurduğunu vurğulayırlar. Qırğızıstanda yerləşən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov qəzetimizə açıqlamasında qeyd edib ki, “Wikileaks” internet saytının yaydığı materiallar Azərbaycanın qonşu dövlətlərlə münasibətlərini korlamaq, ölkə başçıları arasında inamsızlıq və etimadsızlıq yaratmaq məqsədi daşıyan açıq təxribatdır. Onun sözlərinə görə, Azərbaycan Respublikası heç zaman qonşu dövlətlərin daxili siyasət məsələlərinə qarışmır və region dövlətləri ilə mehriban qonşuluq əlaqələrinin saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən şəffaf siyasət yürüdür: “Ona görə də, Azərbaycan dövləti və Prezident İlham Əliyev haqqında yayılan məlumatlar heç bir dövlət tərəfindən, o cümlədən, məlumatlarda adı hallanan qardaş Türkiyə dövləti tərəfindən inandırıcı qəbul olunmur. Biz bu cür təxribatları pisləyir və bildirmək istəyirik ki, bu tip hərəkətlər dost və qardaş ölkələr arasında narazılıq yarada bilməz”.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

