Fransız jurnalında Azərbaycanın uğurlarından ətraflı bəhs olunub
18.09.2010 [10:57]
Jurnalın üz səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Nikola Sarkozinin birgə şəkilləri verilib, Xəzər dənizinin enerji ehtiyatları ilə zənginliyi, xarici sərmayələrin qoyulması sayəsində ümumi daxili məhsulun həcminin artması barədə məlumat yerləşdirilib.
Məqalənin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliklə apardığı uğurlu iqtisadi islahatlar nəticəsində respublikamızın 2009-cu ildə dünyanı bürümüş maliyyə böhranından az itkilərlə çıxdığı, enerji ehtiyatları ilə zəngin olan Qafqazın bu varlı ölkəsində ümumi daxili məhsulun həcminin 9,3 faiz artdığı fransız oxucularının diqqətinə çatdırılıb.
Müəlliflər Azərbaycan Prezidenti İlham Əliyevin keçən il dekabrın əvvəllərində Fransaya səfəri çərçivəsində Parisdə Fransa Sahibkarlar Təşkilatı - MEDEF-də iş adamları qarşısında respublikamızın iqtisadi inkişafı ilə bağlı çıxışına istinad ediblər. Dövlətimizin başçısı çıxışında bildirib ki, Azərbaycan 2004-2009-cu illərdə ümumi daxili məhsulun artımına görə dünyanın inkişaf etmiş ölkələri arasında ən yüksək göstəricilərə nail olub və əldə edilmiş gəlirin mühüm hissəsi sosial problemlərin həllinə yönəldilib. İşsizliklə mübarizə kampaniyası gözəl nəticələr verib, yoxsulluğun səviyyəsi xeyli aşağı düşüb. Yaxın vaxtlarda işsizlik və yoxsulluq tamamilə aradan qaldırılacaq. 2013-cü ildə infrastrukturlarla bağlı işlər başa çatdırılacaq və qarşıdakı iki onillik ərzində ölkənin sürətli inkişafı davam etdiriləcək.
çıxışında siyasi sabitliyin və sülhün ölkənin uğurlarının mühüm amilləri olduğunu qeyd etmiş Prezident İlham Əliyevin demokratik və iqtisadi islahatların sürətlə inkişaf etməsinə, nüfuzlu Dünya İqtisadi Forumunun hesabatında iqtisadi böhrana baxmayaraq, Azərbaycanın Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ən yüksək iqtisadi göstəricilər əldə etdiyinə dair söylədiyi fikirlər məqalədə xüsusi vurğulanıb.
Artıq müstəqil dövlət kimi formalaşmış Azərbaycanın dünyanın 60 ölkəsində səfirliklərinin, diplomatik nümayəndəliklərinin, konsulluqlarının fəaliyyət göstərdiyi, Avropanın Azərbaycan üçün inkişaf modeli olduğu, Avropa İttifaqı ilə sıx əlaqələrin inkişafına maraq göstərdiyi, Asiyanın enerji ehtiyatlarının Avropaya nəql edilməsində mühüm rolu, son 15 ildə sərmayə qoyuluşundan 70 milyard dollar gəlir əldə edildiyi, Dünya Bankının ümumi daxili məhsulun artımı ilə bağlı tərtib etdiyi siyahıda Azərbaycanın dünya ölkələri arasında 33-cü yeri tutduğu, Azərbaycan ilə Fransa arasında ikitərəfli əməkdaşlığın sürətlə inkişaf etdiyi, Fransa iş adamlarının ilin sonunadək ölkəmizə 20 milyard dollar məbləğində sərmayə yatıracaqları məqalədə geniş yer alıb.
Məqalədə Prezident İlham Əliyevin ekologiya və ətraf mühitlə bağlı problemlərin həllinə xüsusi diqqət yetirməsindən, bununla bağlı 2010-cu ilin “Ekologiya ili” elan edilməsindən, ötən illərdə ölkədə 8 milyon ağacın əkildiyindən, insanların suya olan tələbatını ödəmək və sudan istifadə sistemini modernləşdirmək istiqamətində Fransanın Veola şirkəti ilə birgə əməkdaşlıqdan söhbət açılıb.
Yazıda ölkəmizin iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafı ilə bağlı müvafiq qurumların rəhbərlərinin söhbətlərinə geniş yer ayrılıb.
Jurnalda məqalə ilə yanaşı, ölkəmizin görkəmli yerlərini əks etdirən şəkillər də verilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

