Ermənistan Türkiyə ilə yaxınlaşmağa cəhd etsə də…
25.11.2021 [11:04]
Paşinyan hakimiyyəti münasibətlərin qurulmasında səmimi görünmür
İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan region ölkələrinə, xüsusilə Azərbaycanla Türkiyəyə qarşı iddialarından əl çəkməyə və münasibətləri normallaşdırmağa məhkumdur. Müharibənin başa çatmasından sonra rəsmi İrəvanın bu barədə açıqlamaları da bunu deməyə əsas verir. Artıq Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün vasitəçi axtarır. Bu günlərdə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib ki, İrəvan Ankara ilə münasibətlərinin normallaşdırılmasında Moskvadan vasitəçilik etməsini xahiş edib. Unanyanın sözlərinə görə, Rusiya da daxil olmaqla bir neçə ölkə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçiliyini təklif edib: “Rusiya da daxil olmaqla, bir neçə beynəlxalq partnyor Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə dəstək verməyə hazır olduğunu bildirib. Biz Rusiyaya bildirmişik ki, heç bir ön şərt olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırıq”.
İki ölkə arasında münasibətlərin normallaşmasını təmin etmək üçün 2009-cu ildə Sürix şəhərində protokollar imzalansa da, erməni tərəfinin destruktiv mövqeyi səbəbindən qüvvəyə minmədi. Hazırda isə Cənubi Qafqazda yeni reallıqların meydana çıxması ilə hər iki tərəfdən əlaqələrin normallaşması ilə bağlı fikirlər səslənməkdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib ki, sərhədlərin müəyyənləşdirilməsi və qarşılıqlı olaraq tanınması zəruridir: “Yaxşı qonşuluq əlaqələrinin təməlini də bu anlayış yaradır. Bu məsələlərdə Ermənistanın Azərbaycanla problemlərini həlletmə yönündə səmimi bir iradə sərgiləməsi lazımdır. Azərbaycanla səmimi bir iradə ortaya qoyacağı təqdirdə Türkiyənin Ermənistanla olan əlaqələrinin də normallaşmasının qarşısında heç bir əngəl qalmayacaq. Davamlı sülhün yaradılması istiqamətində atılacaq addımların qarşılığını Türkiyənin də eyni niyyətlə verəcəyini bir daha xüsusi olaraq vurğulayıram”.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistanın Azərbaycanla mövcud olan sərhəd, dəhliz və digər məsələlərini həll etməmiş Türkiyə ilə münasibətlərin normallaşması məqsədilə Moskvaya müraciət etməsi maraq doğurur. Onun fikrincə, burada erməni tərəfinin hiyləgər gedişi ola bilər: “Məsələ burasındadır ki, İrəvanın növbəti açıqlamasında da Türkiyə ilə münasibətlərin qeyd-şərtsiz normallaşdırılması tələbi dayanıb. Ankara isə Ermənistandan birinci növbədə Türkiyənin və Azərbaycanın ərazi bütövlüklərini tanımağı tələb edib. Bundan başqa, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bəlli açıqlaması var ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Bakı ilə koordinasiyalı şəkildə çalışacaq. Bu, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin ruhuna uyğundur. Yəni Ankara Bakı ilə birgə İrəvana mesaj yollayır ki, torpaq iddialarından vaz keç və dəhlizin açılmasını təmin et, bunun qarşılığında əlaqələr quraq, əməkdaşlığa başlayaq, bölgədə yeni platforma yaradaq. İrəvan isə bunun əksinə “biz Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq, Ankara isə yenə şərt qoyur” mesajını Moskvaya ünvanlamaqla məhz Türkiyənin oyunu pozduğunu göstərməyə cəhd edir. Paşinyan həm də ona ümid edir ki, Moskva da İrəvan kimi Ankaraya ilkin şərt irəli sürmədən Ermənistan hakimiyyəti ilə danışıqlara başlamağı məsləhət görəcək. Paşinyan bununla Moskva-Bakı münasibətlərində də çat yaradacağına ümid edir”. Politoloqun fikrincə, ermənilərin bu niyyəti baş tutmayacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38

