/ / Rusiyanın dövlət strukturlarındakı anti-Azərbaycan qruplar, erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətlərini davam etdirirlər
Rusiyanın dövlət strukturlarındakı anti-Azərbaycan qruplar, erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətlərini davam etdirirlər
16.05.2017 [09:08]
Bu ölkədəki erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri yenidən sınaq qarşısında qoymaq istəyindədir
Rusiya Ali Məhkəməsində bu ölkənin Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair iddiası ilə bağlı mayın 15-də keçirilmiş məhkəmə iclasında təşkilatın qeydiyyatının ləğv olunması barədə qərar qəbul edilib. Rusiya Ədliyyə Nazirliyi ÜAK-ın Rusiya qanunvericiliyini, eləcə də öz nizamnaməsinin müddəalarını pozduğunu bildirmişdi. Bununla bağlı nazirlik təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət etmişdi. Ali Məhkəmənin qərarı hələ qanuni qüvvəyə minməyib. ÜAK bu qərardan bir ay ərzində apellyasiya şikayəti verə bilər.
Bu məqamda qeyd edək ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər hər zaman yüksək səviyyədə olub, bütün sahələr üzrə qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib və bu əlaqələr davamlı xarakter daşıyır. Eləcə də, hər iki ölkə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan edib, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı olub.
Lakin bu əlaqələrin inkişafından narahat olan Rusiyadakı erməni lobbisi iki ölkə arasındakı münasibətlərə xələl gətirmək üçün bütün gücünü səfərbər edir. Daha dəqiq desək, Rusiyanın dövlət strukturlarındakı anti-Azərbaycan qruplar, erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətlərini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemindəki bu qrupların fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir. Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi məsələsinin gündəmə gətirilməsi də bunu bir daha təsdiqləyir. Yəni, görünən odur ki, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri yenidən sınaq qarşısında qoymaq istəyindədir
Vurğulayaq ki, Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən addımdır. O cümlədən bu addım Rusiya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə kölgə salır, onları zədələyir. Bu səbəbdəndir ki, Azərbaycandakı rus icması, Azərbaycan diaspor təşkilatları, ölkə ictimaiyyəti, media qurumları və QHT-lər Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, iki ölkə və iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırır.
Öz növbəsində məsələ ilə bağlı fikirlərini bölüşən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu da son illərdə Azərbaycan-Rusiya münasibətlərinin dinamik xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Ermənilərin isə bundan çox ciddi şəkildə narahat olduqlarını bildirən politoloq “Çünki erməni lobbisi bir zamanlar bütün dünyanı Rusiyanın onların müttəfiqi olması fikri ilə aldada bilmişdi. Bu faktor isə bir sıra ölkələrin Ermənistana qarşı münasibətində əsaslı rol oynayırdı. Azərbaycan-Rusiya münasibətlərinin inkişafı erməniləri həm də bu baxımdan qorxuya salır” - deyib. Onun sözlərinə görə bu gün Rusiya ilə ölkəmiz arasında bir sıra sahələrdə əlverişli əlaqələr mövcuddur, qarşılıqlı mübadilə məsələləri çox geniş və vacib sahələr üzrə inkişaf etməkdədir: “Lakin bundan narahat olan Rusiyanın bəzi strukturlarında yer alan erməni lobbisinin nümayəndələri bir sıra vasitələrlə Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmaq istəyirlər. Hədəfin diaspor təşkilatı olaraq seçilməsi də təsadüfi deyil. Çünki ÜAK tarixi təşkilatdır və bu təşkilatın qurulmasında Ulu öndər Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin çox böyük zəhmətləri olub. Bu təşkilat özündə böyük bir missiyanı daşıyır. Erməni lobbisi ümid edir ki, Rusiya rəhbərliynin bu məsələyə reaksiyası olmayacaq. Mən isə düşünürəm ki, əksinə, Rusiya prezidenti erməni hiyləsi ilə Azərbaycan-Rusiya dostluğuna xələl gətirmək istəyənləri layiqli şəkildə cəzalandıracaq. İnanıram ki, bu problem yaxın zamanda yoluna qoyulacaq. Əks təqdirdə belə bir addım iki ölkə arasındakı əlaqələrə mənfi təsir edə bilər”.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı da Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyətinin dayandırılması ilə bağlı iddia qaldırmasının və bu iddia ilə bağlı Rusiya Ali Məhkəməsinin yuxarıda bəhs olunan qərarının təəssüf doğurduğunu bildirib. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin pisləşməsi isə birmənalı şəkildə üçüncü qüvvəyə sərf edir: “Burada üçüncü qüvvənin rolu var. Təbii ki, erməni lobbisi Azərbaycan ilə Rusiya arasındakı münasibətlərin inkişafından narahatlıq keçirir. Yəni, Azərbaycan-Rusiya münasibətlərinin istiləşməsi erməni diaspor mərkəzlərinin marağına uyğun deyil. Bu səbəbdən onlar bütün qüvvələrini bu münasibətlərin korlanmasına səfərbər edirlər. Hesab edirəm ki, Rusiya bir sıra məsələləri nəzərə almalıdır. Məsələn, bir sıra dövlətlər Rusiyaya embarqo qoyanda Azərbaycan Rusiyanın yanında olub, bu ölkəyə dəstək verib. Buna görə də Rusiya rəhbərliyi bu məsələyə obyektiv yanaşmalı və həmin qüvvələrin niyyətlərini həyata keçirmələrinə mane olmalıdır”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

