/ / BMT Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib
BMT Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib
17.03.2017 [10:19]
Bakıda “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” adlı konfrans keçirilib
Martın 16-da “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” adlı konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bildirib ki, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) reallaşdırılması üçün gördüyü işlər BMT tərəfindən yüksək qiymətləndirilib. Baş nazirin müavini deyib ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin sentyabrında keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənən, 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. DİM-dən irəli gələn öhdəliklərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı ildə imzaladığı müvafiq Fərmana əsasən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın əsas vəzifələri qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasının təmin olunmasıdır. Ötən müddət ərzində Milli Əlaqələndirmə Şurasının Katibliyi, müxtəlif sahələr üzrə işçi qrupları yaradılıb, iclaslar keçirilib və digər tədbirlər görülüb.
Azərbaycanın DİM-in reallaşdırılması üçün gördüyü işlərin BMT tərəfindən yüksək qiymətləndirildiyini deyən Ə.Əhmədov bildirib ki, proqram çərçivəsində 2030-cu ilə qədər DİM-in həyata keçirilməsi üçün hesabatlar hazırlanacaq və quruma təqdim olunacaq.
BMT-nin İnkişaf Proqramı (BMT İP) rezident nümayəndəsi Qulam İshaqzai deyib ki, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal təşəbbüsünə fəal qoşulub və bu sahədə mühüm işlər görüb. Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə və bu təşəbbüsdə əks olunan hədəflərin reallaşdırılmasına böyük önəm verir. BMT Dayanıqlı İnkişaf Məqsədləri sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatlar mühüm rol oynayır.
Q.İshaqzai bildirib ki, Dayanıqlı İnkişaf Məqsədləri və hədəflərinə çatmaq üçün düzgün statistikaya böyük ehtiyac var.
Daha sonra “Dayanıqlı İnkişafa nail olmaqda elmin rolu haqqında” videoçarx nümayiş etdirilib.
Panel müzakirələrdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin məruzələri dinlənilib.
Konfransda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

