“Yahoo News”: Roma Papası Azərbaycanda mədəni müxtəlifliyi və tolerantlığı alqışlayır
05.10.2016 [10:24]
“Yahoo News” xəbərlər portalı Azərbaycanın ABŞ-dakı səfirliyinin “Roma Papası Azərbaycanda mədəni müxtəlifliyi və tolerantlığı alqışlayır” sərlövhəli mətbuat üçün məlumatını açıqlayıb. Roma Papası Bakıdakı Katolik Kilsəsində Azərbaycanın katolik icması üçün messa - dini mərasim keçirib, Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Heydər Əliyev Mərkəzində çıxış edib. O, Heydər Məscidində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, yəhudi və xristian icmalarının başçıları ilə də görüşüb. Roma Papası öz bəyanatlarında vurğulayıb ki, Azərbaycan mədəniyyətinin “incəlikləri və zənginliyi” onu valeh edib. Papa Azərbaycanı “gülərüzlüyü və qonaqpərvərliyi ilə fərqlənən ölkə” adlandırıb.
Məlumatda bildirilir ki, Roma Papasının ölkəmizə səfərini “tarixi” adlandıran Prezident İlham Əliyev bütün vətəndaşlar üçün bərabər imkanlar yaradan dünyəvi və müasir cəmiyyət ənənələrinin qorunub saxlanılmasına Azərbaycanın sadiqliyini bir daha təsdiq edib. Azərbaycan Prezidenti Heydər Əliyev Mərkəzində çıxışında deyib: “Azərbaycanda əsrlər boyu bütün dinlərin, xalqların nümayəndələri sülh, ləyaqət, mehribanlıq şəraitində yaşamışlar”. Azərbaycanın Şərq ilə Qərb arasında həmişə körpü rolunu oynadığını diqqətə çatdıran dövlətimizin başçısı vurğulayıb: “Bu, həm coğrafi, eyni zamanda, mənəvi körpüdür”.
Roma Papası Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının dəfn edildiyi Şəhidlər xiyabanında olub.
Sonda məlumatda bildirilir ki, II İohann Pavel Bakıya səfər edən ilk Roma Papası olub. Onun bu səfəri 2002-ci ilin mayında baş tutub.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

