Siyavuş Novruzov: Ermənistan hərbçilərinin meyitlərini Qarabağda gizlədirlər
27.04.2016 [10:10]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov teleqraf.com-un suallarını cavablandırıb:
- Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilir. Bu Forumun əhəmiyyəti nədən ibarətdir?
- VII Qlobal Forum çox mühüm tədbirdir. Bu il cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Multikulturalizm ili” elan olunub. BMT kimi mötəbər təşkilatın Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi vacib hadisədir. Bu, Azərbaycanın dinlərarası münasibətlər, tolerantlıqla bağlı dünyada olan mövqeyinin göstəricisidir. Artıq ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi ənənə halını alıb. Bu gün ölkəmizdə keçirilən tədbirlər Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə olan ictimai-siyasi sabitlik, Prezidentimizin dünyada apardığı xarici siyasətin nəticəsidir. Bu tədbirdə 140 ölkədən iki minədək nümayəndə heyəti yüksək səviyyədə iştirak edir.
Burada qəbul olunacaq qərarlar istər dünyada sülhün bərqərar olmasına, istərsə də dinlər və irqlərarası münasibətlərin tənzimlənməsinə böyük töhfə verəcək. Azərbaycan ərazisinin işğal olunması, dövlətimizin ərazi bütövlüyünün pozulması, BMT qətnamələrinə əməl edilməməsi kimi hallar cənab Prezident tərəfindən bütün dünya ictimaiyyətinin nəzərinə çatdırıldı. Eyni zamanda bu Forumu yayımlayan çoxsaylı xarici telekanallar Azərbaycan həqiqətlərini dünyaya çatdırır.
- Forum cəbhə bölgəsində yaşanan gərginlik fonunda baş tutur. Artıq müdafiə naziri Tərtərə səfər edib, cəbhəyanı bölgədə yaşayan sakinlərlə görüşüb. Sizcə, bu gərginlik yenidən silahlı toqquşmalara gətirib çıxara bilərmi?
- Cəbhədə gərginliyin artması Ermənistanın təxribatının nəticəsidir. Cənab Prezident İlham Əliyev də bəyan edib ki, Ermənistan təxribata əl atsa, tutarlı cavabını alacaq. Bir dəfə Ermənistan cavabını aldı, bu dəfə yenə sakit dayanmasa, daha betər cavab veriləcək. Hesab edirəm ki, dünən (yəni aprelin 25-də) cəbhədəki gərginlik Ermənistanın daxili aləmi sakitləşdirməkdən ötəri etdiyi növbəti təxribatdır. Aprelin əvvəlində olan döyüşdə çox sayda erməni hərbçi öldü və çoxlu yaralılar var. Ermənistan hərbçilərinin meyitlərinin bir hissəsini Dağlıq Qarabağda gizlədir, bir hissəsi isə gizli dəfn olunub. Hərbçilərin böyük hissəsi Suriyadan və başqa-başqa yerdən gələnlər idi. Bu haqda informasiya vermirlər. Əminliklə deyə bilərik ki, ermənilərin təxribatlarının qarşısı alınacaq. Azərbaycan Ordusu hər bir provokasiyanın qarşısını almağa qadirdir.
- Belə versiyalar var ki, yay aylarında uzunmüddətli müharibə olacaq. Bu versiyalar nə qədər gözləniləndir?
- Münaqişənin həll olunması, sülh prosesinin bərpası üçün ATƏT-in Minsk qrupu cəhd göstərdi. Müxtəlif ölkələr, ayrı-ayrı beynəlxalq təşkilatlar problemin sülh yolu ilə həll edilməsinə tərəfdar olduğunu qeyd etdi. Azərbaycan sülhə sadiqliyini nümayiş etdirdi. Amma Ermənistan tərəfindən təxribat olacaqsa, təbii ki, qarşısı alınacaq.
- Dünən Ermənistan prezidenti Serj Sərkisyanın danışıqlardan imtina ilə bağlı bəyanatı oldu. Bu bəyanatı necə şərh edərdiniz?
- O bəyanat Ermənistanın daxili aləmi, özləri üçün hesablanmış bəyanat idi. Yüksəkliklərin alınması, Azərbaycanın öz ərazisinin bir hissəsini bərpa etməsi Ermənistanın iqtidarlı müxalifətli siyasi aləmində və cəmiyyətində ciddi narazılıq yaradıb. Ermənistan əhalisi başa düşdü ki, Azərbaycanla silah və müharibə yolu ilə danışmaq olmaz. Ermənistandakı mövcud hakimiyyət Dağlıq Qarabağ münaqişəsi üzərində hakimiyyətə gəlib. O baxımdan çalışırlar ki, bu kartdan yenə də istifadə eləsinlər. Ancaq bu, baş tutan deyil. Çünki hər bir şey hər kəsə aydındır.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

