“Bəzi kəşfiyyat orqanları belə yalan məlumatları yaymaqla orduya təsir göstərmək istəyir”
13.06.2014 [09:27]
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Teleqraf.com-un suallarını cavablandırıb:
- Siyavuş müəllim, ötən gün Culfanın ermənilər tərəfindən hücuma məruz qalması və kəndlərin boşaldılması xəbərləri yayılıb. Bu cür şayiələrin kökündə nə durur?
- Son bir neçə ayda atəşkəs mütəmadi olaraq pozulur. Ermənistanın daxilində vəziyyəti gərgindir. Daxili durumu sabitləşdirmək üçün bu cür dezinformasiyalar ötürürlər. Bu yaxınlarda NATO Parlament Assambleyasında olduq. Orada bütün dövlətlər, o cümlədən NATO-nun rəhbərliyi Ermənistanı ancaq tənqid atəşinə tutdu. Ermənilər beynəlxalq aləmdə vəziyyətlərini yaxşılaşdırmaq üçün bu addımı atır, belə şayiələr yayırlar. Naxçıvanla bağlı heç bir problem yoxdur. Bu yaxınlarda Naxçıvanda əlahiddə ordu da yaradılıb, təchizat və təminat baxımından çox yüksək səviyyədədir. Ona görə də, Naxçıvan Muxtar Respublikasındakı bütün yüksəkliklər Azərbaycan ordusunun əlindədir.
- Müdafiə sahəsi ilə bağlı son zamanlar mediada kampaniyalar aparılır. Hətta müdafiə naziri Zakir Həsənovun ölkə başçısına istefa ərizəsi yazdığı barədə məlumat da yayıldı...
- Bu xəbərlərin hamısı yalan və böhtandır. Bu, bizim ordumuzun qüdrətinin artması, onun gündən-günə güclənməsinin, aparılan islahatların nəticəsidir. Bəzi kəşfiyyat orqanları belə yalan məlumatları yaymaqla orduya təsir göstərmək istəyir. Amma aydındır ki, burada heç bir təsir ola bilməz. Hər şeyi cəmiyyət çox gözəl bilir.
- Müdafiə naziri ilə Baş Qərargah rəisi Nəcməddin Sadıqovun arasında qarşıdurma olduğu barədə xəbərlər dolaşır. Bunlar nə dərəcədə həqiqətə uyğundur?
- Orduda heç bir qarşıdurma ola bilməz. Orduda sadəcə olaraq, rəhbərlik var, tabeçilik və nizam-intizam mövcuddur. Burada başqa söhbət ola bilməz. Hansısa Afrika ölkəsinin ordusu deyil ki. Azərbaycan ordusunda hər kəsin öz vəzifəsi var, bu vəzifə borclarını yerinə yetirmək üçün daxili nizamnamənin tələblərinə uyğun olaraq hərəkət edilir.
- YAP-ın yay planı nədən ibarətdir?
- Gənclər üçün yay məktəbləri təşkil edirik. Hazırda onunla məşğuluq. 800 nəfərdən artıq gəncimiz müxtəlif yerlərdə 1 həftəlik xüsusi proqramla yay istirahəti keçirir. Orada müxtəlif texnologiyaların öyrənilməsi, müxtəlif kursların keçirilməsi, o cümlədən tanınmış şəxslərlə onların görüşlərinin təşkil olunması, gənclərin özlərinin bilavasitə moderatorluq etdiyi tədbirlərlə məşğuluq. Həmçinin, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq görülür. Bununla bağlı yaxın günlərdə rayon və şəhər təşkilatlarının sədrlərinin toplantısı keçiriləcək və əlavə tapşırıq və planlarımızı təqdim edəcəyik.
- Qarşı cinahda Müsavat Partiyası qurultayla bağlı Bakı meriyasından narazılıq edir və müvafiq yer ayrılmadığını bildirir. Bu səbəbdən qurultayın təxirə düşəcəyini söyləyirlər...
- Bunların hamısı bəhanədir. Müsavat Partiyasında problem sədr problemidir. İsa Qəmbər sədrlikdən getmək istəmir, başqaları da sədr olmaq istəyir. Bununla əlaqədar da müxtəlif bəhanələr gətirirlər. İstənilən özəl müəssisə ilə müqavilə bağlayıb tədbirlərini keçirə bilərlər. YAP öz tədbirlərini ya otellərdə, ya da başqa özəl müəssisələrdə keçirib. Müqaviləmizi bağlayıb, pulumuzu ödəyib tədbirimizi keçirmişik. Onlar da müqavilə bağlayıb qurultaylarını keçirə bilərlər. Başlayıblar ki, Bakı Şəhər İcra Hakimiyyəti bunlara yer ayırmalıdır. Bakı meriyasının sərəncamında olan klub və mədəniyyət evi çox az saydadır. Onların da hər biri təklif olunub.
- Hüquq müdafiəçisi Leyla Yunusun yaratdığı müqavimət hərəkatına necə yanaşırsınız?
- Leyla Yunus erməni mənşəli bir insandır, o, nə yaradır yaratsın, ancaq Azərbaycan xalqının əleyhinə olacaq.
- “Freedom House” təşkilatı Azərbaycanla bağlı növbəti hesabatını yayıb. Bu hesabatı necə şərh edərdiniz?
- “Freedom House” və onun kimi bir neçə təşkilat var ki, ancaq qərəz üzərində formalaşıb. Həmin təşkilatlar erməni lobbisi vasitəsilə maliyyələşir. Bunların İdarə Heyətində bir neçə nəfər erməni də var. Ermənistanda keçirilən seçkilərdə hətta prezidentliyə namizəd güllələndi, qanun pozuntuları barədə bir kəlmə də olsun, yazmadılar. Bu təşkilat Azərbaycana qarşı həmişə qərəzli olub, ona görə də bu cür QHT-nin hesabatına xüsusi şərh verməyə ehtiyac görmürəm. Bu QHT-nin Azərbaycanla bağlı bəyanatının heç bir əhəmiyyəti yoxdur. Azərbaycan xalqı öz seçimini edib, ölkəmizdə olan azad və demokratik seçkilər heç bir yerdə yoxdur.
- Bu gün dünya çempionatı başlayır. Favorit komandanız hansıdır?
- Braziliyadır. Hər il olduğu kimi bu dəfə də oyunun birini belə buraxmayacağam. Mənə elə gəlir ki, elə Braziliyanın özü də qalib gələcək. Favorit komandam Braziliya yığmasıdır. Braziliyada uşaq məktəbə gedəndə hərəsinin əlinə bir top verirlər, orta məktəbə topla gedir. Braziliyada bir-birindən fərqlənən oyunçu yoxdur. Qapıçısından tutmuş hücumçuya qədər hamısı öz yerindədir. Onları izləyirəm, indiyədək çox sayda idmançı yetişdiriblər. Dünyanın ən tanınmış futbolçularının əksəriyyəti məhz Braziliyadan çıxıb. Bugünkü oyuna gəlincə, aydındır ki, Braziliya Xorvatiyanı udacaq.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

