/ / Formula-1 yarışı ilə əlaqədar regionlarda keçiriləcək çempionat və seminarlar 2500-dək məktəblini əhatə edəcək
Formula-1 yarışı ilə əlaqədar regionlarda keçiriləcək çempionat və seminarlar 2500-dək məktəblini əhatə edəcək
17.02.2018 [09:53]
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Avtomobil Federasiyası (AAF) ilə birlikdə regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula-1 (F1) çempionatı keçirəcək. Çempionat çərçivəsində, həmçinin yol hərəkəti təhlükəsizliyinə dair seminarlar da təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi Azərbaycanın regionlarında gənclər arasında F1 və yol hərəkəti təhlükəsizliyi haqqında məlumatlılığı artırmaqdır. Fevralın 19-dan martın 10-dək davam edəcək layihə çərçivəsində keçiriləcək çempionat və seminarlarda Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubanın yuxarı sinif şagirdləri iştirak edəcəklər.
Çempionatın ilk mərhələsində hər regiondan bir qalib seçiləcək. Həmin qaliblər Novruz bayramı ərəfəsində Bakıda təşkil olunacaq final turunda yarışacaqlar. Yarışın sonunda qaliblərlə yanaşı, final mərhələsinin digər iştirakçılarına da sertifikat və qiymətli hədiyyələr təqdim olunacaq.
Bununla əlaqədar “Baku Crystal Hall”da keçirilən mətbuat konfransında BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai layihənin region ictimaiyyəti arasında F1-ə böyük həvəs yaradacağına əminliyini bildirərək deyib: “Son illər ölkəmizdə keçirilən Formula-1 yarışları ölkə ictimaiyyəti arasında bu idmana böyük maraq oyadıb. Yarışlar Bakıda keçirildiyindən F1-in əyləncə və coşğusunu paytaxt sakinləri daha çox hiss edirlər. Ona görə də bu layihə vasitəsilə çalışırıq ki, region ictimaiyyəti də Bakıdakı yarış həyəcanını və coşğusunu yaşaya bilsin. İnanırıq ki, bu layihə region əhalisini F1 ilə daha yaxından tanış edərək ölkə ictimaiyyəti arasında avtoidmana maraq göstərən azarkeşlərin sıralarını əhəmiyyətli dərəcədə genişləndirəcək”.
Azərbaycan Avtomobil Federasiyasının mobillik üzrə koordinatoru Zafiq Xəlilov bildirib ki, layihə çərçivəsində yol hərəkəti təhlükəsizliyinə dair məktəblilər üçün seminarlar da keçiriləcək: “AAF yol hərəkəti təhlükəsizliyinə dair mütəmadi olaraq maarifləndirmə işləri, o cümlədən məktəblilər arasında “Yol hərəkəti qaydalarını öyrənək” adlı seminarlar keçirir. Seminarlarda məktəblilərə yol hərəkəti təhlükəsizliyi, o cümlədən yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və digər zəruri mövzular haqqında ətraflı məlumat veriləcək. Həmçinin seminar iştirakçılarına müvafiq videoçarxlar təqdim olunacaq, nəşrlər paylanacaq. İnanırıq ki, layihə region məktəblilərinin yol hərəkəti təhlükəsizliyi barəsində ətraflı maariflənməsinə töhfə verəcək”.
Sonra simulyatorların yerləşdirildiyi xüsusi konteyner jurnalistlərə nümayiş olunub. Hər rayonda üç gün ərzində keçiriləcək tədbirlərdə 2500-dək məktəbli iştirak edəcək. Rayon yarışlarının qalibləri Bakıda təşkil olunacaq xüsusi proqrama qatılacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19

