Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb

21.10.2026 [18:09]

Prezident İlham Əliyev oktyabrın 21-də “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Xocavənd rayonu ərazisində yerləşən, ən qədim insan məskənlərindən olan və dünya mədəniyyətinin unikal nümunəsi sayılan Azıx və Tağlar mağara düşərgələrinin tarixi-mədəni irs obyekti kimi qorunması, bərpası və elmi əsaslarla tədqiqi, habelə arxeoloji dəyərlərin yerli və beynəlxalq səviyyədə təbliğini təmin etmək məqsədilə Azıx və Tağlar mağara düşərgələrinin ərazisi “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu elan edilir.

Nazirlər Kabinetinə üç ay müddətində Qoruğun əsasnaməsini təsdiq etmək, Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirmək, Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görmək tapşırılıb.

Mədəniyyət Nazirliyi isə Qoruğun idarə olunmasını təmin etməli, Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Qoruğun fəaliyyətinin təmin edilməsi ilə bağlı tələb olunan zəruri xərclərin maliyyələşdirilməsi dövlət büdcəsində Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Paylaş:
Baxılıb: 66 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31