Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Son 5 ilin rekordu

Son 5 ilin rekordu

21.10.2026 [11:06]

Dövlət Neft Fondu investisiya gəlirlərini ən yüksək həddə çatdırıb

Azərbaycanın milli suveren institutu olan  Dövlət Neft Fondu (ARDNF) gəlirlər portfelini artırmaqdadır. Fond 2026-cı ilin yanvar-sentyabr aylarında neft-qazın satışından 7 milyard 343,9 milyon manat, bonus ödənişləri və tranzitdən 0,9 milyon manat, akr hesabı ödənişlərdən isə 4,9 milyon manat gəlir əldə edib. Fonda “Azəri-Çıraq-Günəşli” yatağından 6 milyard 570,6 milyon manat, “Şahdəniz” yatağından isə 565,1 milyon manat vəsait daxil olub.

Ötən 9 ayda DNF-nin investisiya portfeli də böyüyüb, investisiyalardan əldə edilən xalis gəlir 4 milyard 52 milyon dollara çatıb. Ən yüksək gəlirlilik səhm investisiyalarında qeydə alınıb. Xatırladaq ki, 5 il əvvəl - 2021-ci ildə bu göstərici 1,9 milyard dollar idi. Beləliklə, səhm investisiyalarından gəlir son 5 ildə 2,2 dəfədən çox artıb və Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb.

Ümumilikdə, Dövlət Neft Fondunun aktivləri oktyabrın 1-?ə olan müddətə 74 milyard 4 milyon dolları təşkil edib ki, bu da yanvarın 1-i ilə müqayisədə 0,6 faiz çoxdur.

Təmkinli və mükəmməl investisiya siyasəti

Neft Fondunun investisiya siyasəti sərmayə portfelinin hədəflərini, proqnozlaşdırılan həcmini, valyuta tərkibini, vəsaitlərin strateji bölgüsünü, hədəf gəlirliliyi və bir sıra risk hədəflərini müəyyən edir. Bu siyasətə uyğun olaraq fondun investisiya portfelinə yeni maliyyə alətləri - səhmlər, qızıl, daşınmaz əmlak daxil edilib. Fond qlobal iqtisadi mühitdə və investisiya bazarlarında baş verən proseslərə uyğun olaraq öz investisiya siyasətini daim təkmilləşdirir, risklərin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsinə imkan verən investisiya siyasəti həyata keçirir. Hazırda məcmu aktivlərinin həcmi 74 milyard dolları ötən DNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyasını daha da təkmilləşdirir.

Fondun aktivlərinin böyüməsində qiymət və hasilat faktorları təsiredici funksiya daşısa da, çevik maliyyə siyasəti, ələxsusda da Neft Fondunun qlobal investor kimi aparıcı oyunçuya çevrilməsi və rezervlərin uğurlu idarəedilməsindən qazandığı daxilolmaların rolu da xüsusi rol oynamaqdadır.

Qlobal investorlar ailəsində layiqli yer

Dövlət Neft Fondunun qlobal investisiya şirkətləri ilə əlaqələri də son illərdə yeni mərhələyə daxil olub. Fondun səhm portfelinə “MSCI World” və “MSCI Europe ex UK” indekslərinə daxil olan şirkətlərin səhmləri, “Neuberger Berman” şirkətinin idarəetməsində olan özəl səhm fondları, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Blac?stone”, “Fondo Strategico Italiano”, “BC Partners”, “Carlyle Group”, “Vista Equity Partners”, “Thoma Bravo”, “Apollo Global Management”, “Warburg Pincus LLC”, “EQT” (“CVC Capital Partners”, “KKR & Co. Inc”, “Vitruvian Partners”, “Francisco Partners”, “Clayton, Dubilier & Rice”, “New Mountain Capital”, “Global Infrastructure Partners” və digər şirkətlərin investisiyaları daxildir. Daşınmaz əmlak portfelinə “AXA Investment Management”, “PAG”, “E-Shang Redwood”, “Gaw Capital”, “Blackstone”, “BlackRock”, “Walton Street”, “Ares Management”, “BentallGreenOak”, “Starwood”, “Angelo, Gordon & Co” və digər korporasiyaların investisiyaları daxildir. Bütün bunlar Neft Fondunun daşınmaz əmlak bazarında qlobal oyunçu olmasını nümayiş etdirir.

“BlackRock” və “Brookfield”lə anlaşma

Ötən il DNF ABŞ-da yerləşən və “BlackRock”un tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə tərəfdaşlıq çərçivəsində London Qatvik hava limanına 50 milyon funt sterlinq məbləğində investisiya həyata keçirib. Bu sərmayə DNF-nin Avropa bazarında həyata keçirdiyi ən əhəmiyyətli infrastruktur investisiyalarından biri olmaqla, fondun qlobal infrastruktur layihələrində uzunmüddətli iştirakını və dayanıqlı inkişafa sadiqliyini bir daha nümayiş etdirir.

Bir neçə ay əvvəl qlobal sərmayə sektorunun liderlərindən olan “Brookfield” şirkəti ilə imzalanmış anlaşma memorandumuna əsasən, tərəflər arasında geniş institusional əlaqələr inkişaf etdiriləcək. Əməkdaşlıq çərçivəsində tərəflər enerji və özəl kapital başda olmaqla müxtəlif sahələrdə perspektivli investisiya imkanlarını araşdıracaq, eyni zamanda qlobal institusional investorların regionda investisiya imkanlarına çıxışının genişləndirilməsinə töhfə verəcəklər. Tərəfdaşlıq “Brookfield”in Azərbaycanda fəaliyyət imkanlarının və əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq. Əməkdaşlığın növbəti mərhələlərində digər beynəlxalq institusional investorların da cəlb olunması və bununla investisiyaların daha geniş miqyasda həyata keçirilməsi nəzərdə tutulur.

Yüksək investisiya reytinqi

Fondun investisiya reytinqi beynəlxalq kredit agentlikləri “Standard & Poor’s” tərəfindən verilmiş “A” və “Fitch” - 

“Moody’s” tərəfindən verilmiş ya “A2” kredit reytinqindən ibarətdir. 

Fondun vəsaitlərinin idarə edilməsindən əldə olunan gəlirləri artıq 15 milyard dolları ötüb. Fond, təkcə maliyyə nəticələrini yaxşılaşdırmaqla kifayətlənmir, eyni zamanda, Azərbaycanın qlobal iqtisadi müstəvidə mövqeyini möhkəmləndirən layihələrə investisiya qoymaqla, davamlı inkişafa və gələcək nəsillərin mənafeyinə xidmət edən əsas maliyyə dayaqlarından biri kimi çıxış edir. Hazırda aktivlərinin həcmi 61,7 milyard dollar təşkil edən Dövlət Neft Fondu Azərbaycanın davamlı inkişafına və iqtisadi potensialının möhkəmləndirilməsinə dəyərli töhfələr verən mühüm təşkilat kimi yeni çağırışlar əsasında maliyyə-investisiya uğurlarını davam etdirməkdədir.

Aktivlərinin artması ölkəmizin strateji valyuta ehtiyatlarını möhkəmləndirir

DNF-nin aktivlərinin artması Azərbaycanın xalis strateji valyuta ehtiyatlarının möhkəmlənməsində də mühüm rol oynayır. Strateji ehtiyatlarının 85 faizi təxminən fondun portfelində qorunub saxlanılır. Ümumilikdə, həmin ehtiyatlar ölkəmizin makroiqtisadi sabitliyinin möhkəmlənməsində, dayanıqlı iqtisadi dəyər zəncirinin formalaşmasında xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan xalis valyuta rezervlərinin həcmi ümumi daxili məhsulu (ÜDM) xeyli üstələyib. Bu, dünyada ən yaxşı göstəricilərdən biridir.

İqtisadi təhlükəsizlik üçün zəmanətverici rol oynayan strateji valyuta ehtiyatları Azərbaycanda riskləri tam neytrallaşdırır. Ümumilikdə, strateji valyuta ehtiyatlarının yüksək templə artımı ölkə iqtisadiyyatının mümkün xarici böhran təsirlərinə qarşı həssaslığını azaldan və güclü makroiqtisadi bufer formalaşdıran amildir. Hazırkı mürəkkəb geoiqtisadi risklər və qlobal təhdidlərin artdığı dövrdə, habelə enerji bazarındakı dalğalanmalar fonunda Azərbaycanda mövcud strateji valyuta ehtiyatlarının həcmi möhkəm iqtisadi sütuna çevrilir.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Son 5 ilin rekordu

21 Oktyabr 11:06

İqtisadiyyat

Siyasət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31