Estoniyalı nümayəndə: Əsas məqsəd etimad doğuran dövlət sistemləri qurmaqdır
20.10.2026 [15:19]
Son üç il ərzində süni intellekt qlobal miqyasda dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Hökumətlər süni intellektin necə tənzimlənməsi, onun imkanlarından necə istifadə edilməsi və sürətlə dəyişən texnoloji mühitdə rəqabət qabiliyyətinin necə qorunub saxlanılması barədə düşünür. Lakin mən çıxışıma fərqli bir məsələ ilə başlamaq, süni intellektin nə edə biləcəyindən deyil, ondan məsuliyyətli və səmərəli istifadə etmək üçün necə bir dövlət idarəçiliyi tələb olunduğundan danışmaq istəyirəm. Çünki bu Estoniya və Azərbaycan hökuməti üçün, eləcə də dünyada hər bir hökumət üçün aktual olan məsələdir.
AZƏRTAC xəbər verir ki, bunu Estoniyanın Elektron İdarəetmə Akademiyasının icraçı direktoru və İdarə Heyətinin sədri Hannes Astok adıçəkilən qurumun və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən "Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik - İmkanlar və kiberrisklərin idarə edilməsi" mövzusunda dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısında çıxış edərkən deyib.
Onun sözlərinə görə, süni intellektlə bağlı qlobal müzakirələrin böyük bir hissəsi modellərə, alqoritmlərə və hesablama gücünə həsr olunur. Lakin hökumətlər üçün bunlar məsələnin yalnız bir hissəsidir: "Dövlətlər idarəetmə səlahiyyətlərini həyata keçirir, vergilər toplayır, lisenziyalar verir, sosial müavinətləri idarə edir, hüquqları qoruyur və kritik infrastrukturu təmin edir. Əsas məsələ yalnız intellektual sistemlər yaratmaq deyil. Əsas məqsəd etimad doğuran dövlət sistemləri qurmaqdır. Avropanın bu sahəyə mühüm töhfə verə biləcəyi məqam da məhz budur. Avropa ölkələri iyirmi ildən artıqdır ki, etibarlı rəqəmsal identifikasiya, qanunun aliliyi, məxfiliyin və təhlükəsizliyin qorunması, hesabatlılıq və sistemlərin qarşılıqlı uzlaşması prinsiplərinə əsaslanan rəqəmsal dövlətlər qurur. Süni intellektin meydana çıxması bu prinsiplərin əhəmiyyətini azaltmır. Əksinə, onları daha da vacib edir".
Hannes Astok qeyd edib ki, bu gün süni intellektlə bağlı müzakirələrdə ən böyük yanlış təsəvvürlərdən biri onun dövlət idarəçiliyindəki zəiflikləri aradan qaldıra biləcəyi düşüncəsidir. Lakin bu, belə deyil: "Süni intellekt dövlətin mövcud güclü tərəflərini özündə əks etdirdiyi kimi, zəif cəhətlərini də özündə daşıyır. Əgər məlumatlar müxtəlif sistemlər arasında parçalanıbsa, süni intellekt bu parçalanmanı daha da gücləndirəcək. Əgər qeydlər və məlumatlar qeyri-dəqiqdirsə, süni intellekt həmin qeyri-dəqiqlikləri daha geniş miqyasda yayacaq. Əgər dövlət qurumları bir-birinə etibar etmirsə, süni intellekt bu etimadı yarada bilməz. Xidmətlər kağız sənədlər əsasında göstərilməyə davam edirsə, süni intellektin avtomatlaşdıra biləcəyi proseslər də məhdud olacaq. Rəqəmsal dövlət idarəçiliyindən çıxarılan nəticə sadədir: təməl çox vacibdir. Süni intellekt rəqəmsal transformasiyanı əvəz etmir. Əksinə, rəqəmsal transformasiyanı artıq başa çatdırmış dövlətlər üçün onun dəyərini daha da artırır".
Xəbər lenti
Hamısına baxMədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25
Elm
19 Oktyabr 18:23
Siyasət
19 Oktyabr 18:12
Sosial
19 Oktyabr 18:11
Xəbər lenti
19 Oktyabr 18:07
Elanlar
19 Oktyabr 18:07
YAP xəbərləri
19 Oktyabr 18:04

