İƏT müstəvisində növbəti uğur.
21.10.2026 [10:46]
Təşkilat Azərbaycanla bağlı dörd qətnaməni yenidən qəbul edib
Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, ölkəmiz bir sıra beynəlxalq platformaların fəal üzvüdür. Eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də aktiv siyasət həyata keçirir. Bu təşkilatlar arasında İslam Əməkdaşlıq Təşkilatı xüsusi vurğulanmalıdır.
İƏT-in fəal üzvü...
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvü kimi həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər, mədəniyyət, turizm, təhsil, əmək və digər nazirləri səviyyəsində bir sıra görüşlər keçirilib. Bundan başqa, İƏT Baş katibinin və təşkilatın məsul şəxslərinin intensiv olaraq ölkəmizə səfərləri Azərbaycanın müsəlman dünyasında nüfuzunun və mövqeyinin əyani göstəricisidir. Biz bu faktlara ölkəmizin 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini də əlavə edə bilərik.
Yeri gəlmişkən, oktyabrın 17-18-də İraqın paytaxtı Bağdad şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 52-ci sessiyası keçirilib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, Azərbaycanı sessiyada xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sessiya zamanı İƏT üzv dövlətlərinin gündəliyində olan aktual məsələlər, regional və beynəlxalq çağırışlar, İƏT məkanında baş verən yeniliklər, əhəmiyyətli hadisələr, eləcə də üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi və təşkilatın fəaliyyətinin səmərəliliyinin artırılması üzrə müzakirələr aparılıb. Tədbir çərçivəsində əsas plenar iclasda və “Sülh və davamlı inkişafın təşviqində dialoq və həmrəylik - iki əsas sütun” mövzusuna həsr olunmuş xüsusi sessiyada çıxışlar edilib. Y.Rəfiyev çıxışında regionda baş verən hərbi qarşıdurmalar, artan gərginlik və dünyada İslamofobiya trendinin yüksəlməsi ilə bağlı narahatlıq ifadə edib, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Fələstin məsələsi, eləcə də ölkəmizin qarşıdan gələn İƏT Zirvə Konfransına sədrliyinin prioritetlərinə toxunub.
Bağdad Bəyannaməsinin əhəmiyyəti...
Sessiyanın yekununda isə siyasi, iqtisadi, humanitar-mədəni və bir sıra digər istiqamətlərlə bağlı qətnamələr, habelə Bağdad Bəyannaməsi qəbul edilib. Tədbirin Azərbaycan üçün əsas əlamətdar nəticələrindən biri İƏT XİN Şurası tərəfindən ölkəmizlə bağlı ənənəvi əsasda qəbul edilən dörd qətnamənin (“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasına iqtisadi yardım”, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycan ərazilərində İslam tarixi və mədəni abidələrinin və izlərinin dağıdılması və təhqir edilməsi” və “1992-ci il Xocalı qətliamının qurbanları ilə həmrəylik”) müvafiq yenilikləri əks etdirməklə yenidən qəbul edilməsi və Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı bəndin yer alması olub.
Bağdad Bəyannaməsində Azərbaycan-Ermənistan normallaşma prosesindəki irəliləyişlər, xüsusilə iki dövlət arasında sülh və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin paraflanması alqışlanır, Ermənistan tərəfinə İƏT üzv dövlətləri adından sülh sazişinin imzalanması istiqamətində yerdə qalan hüquqi və siyasi əngəllərin aradan qaldırılması ilə bağlı çağırış edilir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması səylərində Azərbaycan Respublikası Hökuməti və xalqı ilə həmrəylik ifadə edilir, habelə həmin ərazilərdə minalardan təmizlənmə fəaliyyətinə fəal dəstək verilməsi üçün İƏT üzv dövlətlərinə çağırış edilir.
Bununla yanaşı, sessiya çərçivəsində baş tutmuş müvafiq səsvermənin nəticələrinə əsasən Azərbaycan nümayəndəsi Aydın Səfixanlı İƏT Müstəqil Daimi İnsan Haqları Komissiyasının 2027-2030-cu illər üzrə üzvü seçilib. Tədbir çərçivəsində Y.Rəfiyev ilə Qambiyanın xarici işlər naziri Serinq Modu Njiye, Türkiyənin xarici işlər nazirinin müavini Musa Kulaklıkaya və İraqın xarici işlər nazirinin müavini Məhəmməd Hüseyin Bəhr Əl-Ulum arasında ikitərəfli görüşlər keçirilib. Görüşlərdə İƏT çərçivəsində bu ölkələrlə əməkdaşlıq məsələləri müzakirə edilib.
Ölkəmiz İslam həmrəyliyinə töhfələr verir
Bütün bunlar göstərir ki, Azərbaycan dövləti İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə geniş əlaqələrə malikdir. Beynəlxalq müstəvidə İslam həmrəyliyinə və sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verən ölkəmiz bu nüfuzlu təşkilatın fəal üzvlərindən biridir. İƏT nüfuzlu beynəlxalq qurum olaraq ötən illər ərzində hər zaman Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycanın ədalətli mövqeyinə dəstək nümayiş etdirib. Bu qurum, həmçinin Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Təqdirəlayiq haldır ki, 44 günlük Vətən müharibəsində də İƏT Azərbaycanın haqq işinə dəstək nümayiş etdirib. İƏT-in Baş Katibliyinin, İƏT-in Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı Təmas Qrupunun üzvlərinin və İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) nümayəndə heyətləri bir neçə dəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərinə səfər ediblər. Onların Ermənistan tərəfindən İslam irsinə qarşı törədilmiş vəhşiliklərin bilavasitə şahidi olmasının da böyük əhəmiyyəti var. Çünki Ermənistanın İslama qarşı tutduğu düşmənçilik mövqeyi bütün müsəlman ölkələrinin ictimaiyyətinə çatdırılır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Oktyabr 14:48
Siyasət
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47

