Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda müşavirə keçirilib

Azərbaycan Respublikası Elm Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda müşavirə keçirilib

20.10.2026 [23:02]

Oktyabrın 20-də “B.Vahabzadə küç. 9A” ünvanı üzrə (AR ETN İnformasiya Texnologiyaları İnstitutu) ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA-nın vitse-prezidenti, AR ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müşavirədə çıxış edən AMEA-nın vitse-prezidenti, AR ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev qonaqları və tədbir iştirakçılarını salamlayaraq elmi-tədqiqat müəssisəsində keçirilən bu görüşün dövlətimizin ideoloji və elmi-texnoloji inkişaf prioritetlərinin vəhdəti baxımından müstəsna əhəmiyyət daşıdığını bildirib. R.Əliquliyev vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin gələcək strategiyasını müəyyən edən mühüm tarixi mərhələdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqi informasiya cəmiyyətinin formalaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin təmin olunması və elmi potensialın rəqəmsal transformasiyaya inteqrasiyası istiqamətində alimlərin qarşısına taleyüklü vəzifələr qoyub. İnstitutun baş direktoru qeyd edib ki, rəhbərlik etdiyi elmi kollektiv dövlət başçısının həyata keçirdiyi innovativ dövlət siyasətinə tam sadiqdir və partiya ideallarının təbliğində, habelə ölkəmizin elmi suverenliyinin möhkəmləndirilməsində var gücü ilə çalışmağa davam edəcəkdir.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi və proqram xarakterli nitqinin konseptual məqamları, IV Sənaye İnqilabı dövrünün ideoloji çağırışları və akademik elmi elitanın qarşısında duran strateji vəzifələr barədə geniş, ətraflı məruzə ilə çıxış edib. Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası yaranmasından bu günədək ölkəmizin siyasi sabitliyinin, iqtisadi müstəqilliyinin və möhtəşəm Zəfərlərinin ana sütunu olmuşdur. Ulu Öndərin zəngin idarəçilik xəttini uzaqgörənliklə sürdürən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regional və qlobal miqyasda qüdrətli dövlətə çevrilmişdir. Qazanılan bu tarixi qələbələr həm də dövlətimizin yüksək intellektual potensialının, müasir texnologiyalardan istifadə bacarığının və sarsılmaz xalq-iqtidar birliyinin parlaq sübutudur. B.Nəbiyev xüsusi olaraq diqqətə çatdırıb ki, VIII Qurultayda qəbul edilmiş qərarlar və partiya sədrinin irəli sürdüyü hədəflər elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən ərazi partiya təşkilatlarının işinin daha modern və effektiv prinsiplər əsasında qurulmasını tələb edir. Müasir dünyada informasiya müharibəsi, böyük verilənlərin idarə olunması və rəqəmsal təhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. İnformasiya Texnologiyaları İnstitutunun alimləri və gənc tədqiqatçıları elmi innovasiyaları ideoloji fəallıqla uzlaşdırmalı, virtual məkanda milli və dövlətçilik maraqlarımızın qorunmasında ön sıralarda olmalıdırlar. YAP Yasamal rayon təşkilatının sədri əminliyini ifadə edib ki, İnformasiya Texnologiyaları İnstitutunun ərazi partiya təşkilatı zəngin intellektual resursları ilə cənab Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji prioritetlərin reallaşdırılmasında və partiya ideyalarının gənc alimlər arasında geniş yayılmasında hər zaman nümunəvi fəallıq nümayiş etdirəcəkdir.

Çıxış edənlər İnstitutun şöbə müdiri, ƏPT sədri Gülnarə Nəbibəyova, İnstitutun baş elmi işçisi Zərifə Cəbrayılova, İnstitutun Həmkarlar komitəsinin sədri Anar Səmidov və İnstitutun kiçik elmi işçisi Nərgiz Quliyeva ərazi partiya təşkilatında aparılan ictimai-ideoloji işlər, gənc tədqiqatçıların partiya sıralarına cəlb olunması və elmi kollektivdəki yüksək həmrəylik mühitindən danışıblar. Çıxış edənlər vurğulayıblar ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə elmin və rəqəmsal texnologiyaların inkişafına gösterilən dövlət qayğısı alimləri və gənc mütəxəssisləri daha əzmlə çalışmağa həvəsləndirir. Onlar YAP-ın VIII Qurultayından irəli gələn tapşırıqları gündəlik elmi və ictimai fəaliyyətlərində rəhbər tutacaqlarını bəyan ediblər.

Müşavirənin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 62 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Gündəm

Analitik

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31