Nikol Paşinyan qeyri-peşəkarlığını və səriştəsizliyini növbəti dəfə nümayiş etdirir
20.11.2018 [09:09]
KTMT-nin sonuncu Astana zirvə toplantısından biabırçı vəziyyətdə geri dönən Ermənistanın baş naziri vəzifəsini icra edən bu şəxs indi də Belarus və Qazaxıstana qarşı ittihamlar irəli sürür
İşğalçı siyasətini davam etdirən Ermənistanın regionda təcrid vəziyyəti dərinləşir, təcavüzkar ölkə bütün diplomatik cəbhələrdə uduzmaqda davam edir. Digər tərəfdən, Ermənistanın yürütdüyü destruktiv siyasət nəticəsində bu işğalçı ölkənin qonşu dövlətlərlə və beynəlxalq ictimaiyyətlə münasibətlərində hərtərəfli gərginlik hökm sürür. Bunun nəticəsidir ki, Ermənistanın qonşu və region dövlətləri, o cümlədən aparıcı dövlətlər və güc mərkəzləri ilə münasibətləri iflasa uğrayıb. Son vaxtlar erməni ekspertləri, həmçinin işğalçı ölkənin mediası da Ermənistanın beynəlxalq arenada atdığı addımların heç bir perspektiv vəd etmədiyini, bu ölkə rəhbərliyinin gözləntilərinin iflasla nəticələndiyini xüsusi olaraq vurğulayır, bədbin proqnozlar verirlər. Diqqətə çatdırılır ki, ciddi siyasi kataklizmlərlə qarşı-qarşıya olan Ermənistanın xarici siyasəti də tamamilə iflasa uğrayıb, bu ölkənin manevr imkanları qalmayıb.
Bu kontekstdə son olaraq noyabrın 8-də işğalçı Ermənistanın Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammitində fiaskoya uğramasını ayrıca vurğulamaq gərəkdir. KTMT-nin ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə Ermənistanın nümayəndəsi olan Yuri Xaçaturov təşkilatın baş katibi vəzifəsindən vaxtından əvvəl azad edilib. Bundan sonra Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini ölkəsində saxlamağa çalışsa da, tamamilə uğursuzluqla üzləşib. Yəni bütövlükdə, Ermənistan üzv olduğu KTMT çərçivəsində də özünü tam təcrid olunmuş vəziyyətə salıb. Hələ bu son deyil. Belə ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan qeyri-peşəkarlığını və səriştəsizliyini nümayiş etdirərək Ermənistanın Belarus və Qazaxıstandan prezidentlər səviyyəsində izahat tələb edəcəyini qeyd edib. O, “heç kimin bu qəbildən olan bəyanatlarla çıxış etməyə haqqı yoxdur, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qərarlar konsensus vasitəsilə qəbul olunur və biz bununla əlaqədar mövqeyimizi bildirmişik”, - deyə bildirib. Bundan əvvəl isə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri tərəfindən Belarus Prezidentinin KTMT-nin baş katibi ilə əlaqədar verdiyi açıqlaması qeyri-korrekt adlandırılıb.
Bütün bu reallıqların fonunda görünən odur ki, Belarus və Qazaxıstan ilə KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, Ermənistan ciddi tərəfdaş kimi qəbul olunmur. KTMT-nin baş katibi məsələsi Ermənistanla müzakirə olunmur. Ümumiyyətlə, Ermənistan KTMT üzv dövlətləri üçün yükdən və əlavə problemdən başqa bir şey deyil. Ermənistan tamhüquqlu üzv olduğu KTMT-nin rəhbərliyinə Yuri Xaçaturov kimi bir şəxsi gətirməklə bu təşkilatın nüfuzuna və fəaliyyətinə ağır zərbə vurub. Bunun ardınca Paşinyan hökuməti həmin şəxsə cinayət işi açmaqla vəziyyəti daha da gərginləşdirib.
Digər tərəfdən, bütün resursları tükənən, KTMT-nin sonuncu Astana zirvə toplantısından biabırçı vəziyyətdə geri dönən Ermənistan indi müttəfiq olduğu dövlətlərə qarşı baş nazir səviyyəsində ittihamlar irəli sürür. Ekspertlər qeyd edirlər ki, dövlətlərarası münasibətlərdə bu cür hallar yolverilməzdir. Belə vəziyyət nəinki müttəfiq dövlətlər, heç ümumiyyətlə adi münasibətləri olan ölkələr arasında qəbuledilən hal deyil.
Göründüyü kimi, regional təcrid vəziyyətində olan Ermənistan ardıcıl olaraq ciddi uğursuzluqlarla üzləşir və işğalçı ölkənin manevr imkanları tükənib. Ən əsası, Ermənistanın başlıca narahatlığı KTMT-nin üzv dövlətləri olan Qazaxıstan və Belarusun Azərbaycana yüksək hörməti, rəğbəti ilə əlaqədardır. Eyni zamanda, Azərbaycanla bu ölkələr arasında dövlət başçıları səviyyəsində olan və yüksək etimada əsaslanan dost münasibətləri Ermənistan tərəfindən ciddi qısqanclıqla qarşılanır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19

