İngiltərə Aİ-dən çıxsa, nə olar?
12.09.2014 [09:56]
İngiltərə bir müddətdir Avropa İttifaqı (Aİ) üzvlüyündən çıxmanın fayda və zərərlərini müzakirə edir. Son olaraq, Avropa Komissiyası rəhbərliyinə İngiltərə Baş naziri Kameronun şiddətli etirazlarına baxmayaraq, Jan Klod Yunkerin seçilməsi əhəmiyyətli bir vəziyyət yaratdı. Kamerona yalnız Macarıstanın avtoritar meyilləri ilə önə çıxan Baş naziri Viktor Orbanın dəstək verməsi mövcud müzakirəni simvolik şəkildə yenidən alovlandırdı. İngilis qəzetləri və müxalifət partiyaları hadisəni Kameron üçün böyük bir müvəffəqiyyətsizlik kimi təsvir edərkən, İngiltərənin İttifaq daxilində marginallaşdığı istiqamətindəki arqumentlər də sıx-sıx səsləndirilməyə başlandı. İngilislərin getdikcə artan nisbətdə verdiyi sual Aİ üzvü olaraq qalmanın özlərinə nə fayda verəcəyi istiqamətindədir.
İngiltərə-Aİ əlaqələrinə tarixi perspektivdən yanaşan bəzi analitiklər, İngiltərənin İttifaq ilə olan probleminə istinad edərək, Londonun bazarlıq marjını gücləndirməyə çalışdığını, əslində, İttifaq üzvlüyündən çıxmanın ciddi bir siyasi seçim olmadığını, ola bilməyəcəyini irəli sürür. Digər tərəfdən, Kameronun tələb etdiyi dəyişiklikləri Aİ nəzdində əldə edə bilməməsi vəziyyətində 2017-ci ildə İngiltərənin üzvlüyünü referenduma çıxarmaq mövzusunda açıq söz verdiyini də yadda saxlamaq lazımdır.
İngiltərənin Aİ üzvlüyündən ayrılıb-ayrılmayacağı, əgər olacaqsa, bu ayrılığın mahiyyətinin necə formalaşacağı hələ çoxməchullu bir tənlikdir. Yaxşı, İngiltərə İttifaq üzvlüyündən ayrılsa, nə olar? İngiltərə baxımından bu problemin cavabını verə bilmək asan deyil. Çünki Aİ-nin “xaricində” olmanın mənası fərqli ssenarilərə görə olduqca böyük dəyişikliklər göstərə bilər.
Arqument və əks-arqument
İngiltərənin İttifaq üzvlüyündən ayrılmasının lazım olduğunu önə sürənlərin üç təməl arqumentə əsaslandığı görünür. Bu çərçivədə, ilk olaraq, Aİ-nin federal bir quruluşa çevrildiyi, bu səbəblə Aİ təşkilatlarının üzv ölkələrin suverenlik haqlarını qüvvətləndirəcək istiqamətdə islahata məruz qalmasının getdikcə çətinləşdiyi ifadə edilir. Bu səbəblə, İttifaq xaricində olmaq İngiltərəyə “müstəqilliyini” yenidən qazandırmış olacaq. İkincisi, ayrılığı dəstəkləyənlərə görə, ticari olaraq Aİ bazarının İngiltərəyə daha çox qazanc gətirməyəcəyi iddia edilir. Bu arqumentin məntiqi bir nəticəsi olaraq, əgər İngiltərə müstəqil xarici ticarət siyasəti izləməyə başlaya bilsə, daha aqressiv sərbəst ticarət razılaşmaları yolu ilə daha çox bazara çıxma imkanını əldə etmiş olacaq. Üçüncüsü, İngiltərə üzvlükdən çıxdığında Aİ büdcəsinə ödədiyi haqqın yükündən də xilas olmuş olacaq. İngiltərənin 2014-2020 dövründə Aİ büdcəsinə ödəyəcəyi miqdar ÜDM-in illik 0,5%-nə bərabərdir.
Əks-arqumentlərə görə isə, qeyd edilən həqiqətlər möhkəm bazaya əsaslanmır. Birincisi, İngiltərənin Aİ ilə siyasi inteqrasiyası, ayrılmanı praktikada qeyri-mümkün edəcək səviyyəyə çatmışdır. Ayrıca, bu yanaşmaya görə, “müstəqillik” arqumenti real siyasi baxımdan İngiltərənin dünya siyasətində daha az təsirli olması mənasına gələcək. Yəni İngiltərə “müstəqil”, ancaq daha təsirsiz bir aktora çevrilmiş olacaq. İkincisi, Aİ tərəfdarı yanaşmaya görə, Aİ-dən ayrılmanın İngiltərəyə daha çox ticari liberallaşma verəcəyi arqumenti də mübahisəlidir. Londonda yerləşən Center for European Reform adlı tədqiqat mərkəzinin hesablamalarına görə İngiltərədəki birbaşa xarici investisiya stokunun 50%-i Aİ mənşəlidir. Bənzər şəkildə, İngiltərə banklarının avro bölgəsindəki varidatı ABŞ-dakı varidatından 70% çoxdur. Ticarət sahəsində də Aİ 50%-in üzərində pay ilə İngiltərənin ən böyük ortağı mövqeyindədir. Bu səbəblə Aİ-dən ayrılsa belə İngiltərənin əsl bazarlarını açıq tuta bilmək üçün Aİ ilə müzakirə etməyə davam etməsi, ancaq bunu üzv olmadan etməsi lazım olacaq. Bu yeni tarazlıq vəziyyəti, əsasən, İngiltərənin mindiyi budağı kəsməsi mənasını verir. Son olaraq, bu çərçivədə düşünüldüyündə, Londonun Aİ büdcəsinə ödədiyi haqq marjinal bir böyüklüyə bərabərdir.
Aİ-nin “xaricində” olmaq
Bu arqumentlər tam olaraq “çöldə” və “içəridə” bir İngiltərə fərziyyəsinə əsaslanır. Halbuki İngiltərə-Aİ münasibətlərində həqiqət boz sahəyə bənzəyir. İngiltərə bu gün tam olaraq “içəridə” olmadığı kimi, ayrılsa belə, ehtimalla, tam mənası ilə “çöldə” olmayacaq. İngiltərə, Aİ üzvlüyündən ayrılsa belə, Avropanın ən əhəmiyyətli güclərindən biri olaraq qalmağa davam edəcək. İqtisadi əlaqələri, ticarət rejimi, birbaşa xarici investisiyalar, viza tənzimləmələri kimi mühüm mövzularda, ehtimalla, İttifaq ilə yaxın əməkdaşlığını davam etdirəcək. Ortaq bazar malların, xidmətlərin, sərmayənin və insanların sərbəst dövranı prinsipinə görə formalaşdığı və İngiltərənin bu dörd sərbəstlikdən ən çox istifadə edən üzvlər arasında olduğu nəzərə alındığında, İttifaqdan çıxışın iqtisadi baxımdan radikal qopmaya səbəb olacağını güman etmək doğru olmayacaq.
Xarici siyasət baxımından da Londonun, ayrılması halında da, İttifaq üzvü digər ölkələr ilə ikitərəfli əlaqələrini davam etdirərək, “parçala və hökm sür” taktikasının yeni versiyalarını xarici siyasət strategiyasının mərkəzinə yerləşdirəcəyi nəzərdə tutula bilər. Bu fərziyyələrdən hərəkət edərək, İngiltərənin Aİ-dən ayrılması lazım olduğunu vurğulayan analitiklər də bütünlüklə bir qopmadan bəhs etmirlər.
Nəticə olaraq, İngiltərə-Aİ əlaqələri bir problem sahəsi olmağa davam edəcək. İttifaq içində qaldığı müddətcə İngiltərə federal Avropa layihəsinə müqavimətini davam etdirəcək. İttifaqdan ayrılması halında, iki tərəf baxımından əhəmiyyətli itkilərə gətirib çıxaracaq olsa da, əsl itirən İngiltərə olacaq. Çünki İngiltərə əldə etdiyi imtiyazlarını qoruya bilmək üçün sıx və çətin müzakirə proseslərini birlik xaricindən icra etməyə çalışacaq. Ancaq bu vəziyyətdə də Avropanın ən böyük ölkələrindən olacaq olan İngiltərə Avropa layihəsinin yaddan çıxarılmayacaq bir aktoru olmağa davam edəcək.
Dr. Mustafa Kutlay,
Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Qurumunun (USAK) eksperti
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37

