Erməni diasporu ilə Sarkisyan iqtidarı arasında gərginlik daha da artır
26.08.2014 [09:29]
Xaricdəki erməni diasporunun öz əlini Ermənistandakı cinayətkar xunta rejiminin üstündən çəkməsi bu rejimin sonunun daha tez yaxınlaşması deməkdir
İqtisadi tənəzzül, insanların bitib-tükənməyən sosial problemlərin məngənəsində qalmaları, sabaha inamsızlıq və ölkənin sürətlə boşalması... Bütün bunlar Serj Sarkisyan rejiminin monopolist idarəçiliyi ucbatından Ermənistanda yaşanan problemlərin tam olmayan siyahısıdır. Regional iqtisadi layihələrdən kənarda qalan bu kasıb ölkənin dövlət büdcəsi, eyni zamanda, xaricdəki erməni diasporunun göndərdiyi ianələr S.Sarkisyanın komandası tərəfindən çox böyük iştahla mənimsənilir. Bu isə, təbii ki, ölkə əhalisində Ermənistanın indiki rəhbərliyinə qarşı qəzəb və nifrəti gündən-günə artırır. Ermənistanda müxalifətdə olan “İrs” partiyasının rəhbəri, prezidentliyə keçmiş namizəd Raffi Ovannisyan baş verən proseslər fonunda “Ermənistanda yeni vəziyyətə ehtiyac yarandığını” bildirib. “İrs” partiyasının rəhbəri diqqəti ölkədə qanunun aliliyinin gözlənilməməsinə çəkib.
Bütövlükdə götürdükdə isə Ermənistan müxalifəti S.Sarkisyan rejiminin üstünə payız hücumuna hazırlaşır. Parlamentdə təmsil olunan, lakin hakim koalisiyaya daxil olmayan 4 siyasi partiya - “Çiçəklənən Ermənistan”, Erməni Milli Konqresi, “İrs” və “Daşnaksütyun” hakimiyyətə ünvanlanan 12 tələbdən ibarət siyahı hazırlayıb və iqtidara bu tələblərin yerinə yetirilməsi ilə bağlı sentyabrın axırlarınadək vaxt verib. Haqqında bəhs olunan siyahıda ilk növbədə S.Sarkisyan rejiminin sonunun gəlməsinə hesablanan tələblər öz əksini tapıb. Buna görə də qarşıdan gələn payızın və qışın Ermənistanın indiki rəhbərliyinə bütün mənalarda sərt və soyuq günlər bəxş edəcəyi qaçılmaz görünür.
Diqqəti çəkən məqam həm də onunla bağlıdır ki, S.Sarkisyan və onun komandası yalnız daxili vəziyyətin gərginləşməsi səbəbindən çətin duruma düşməyib. Məsələ burasındadır ki, Ermənistan iqtidarının bir vaxtlar arxa söykədiyi xaricdəki erməni lobbisi də daha özünü “sözəbaxan uşaq” kimi aparmır. S.Sarkisyanın özünün pul dağarcığı hesab etdiyi erməni diasporunun hər ötən gündə Ermənistan üçün nəzərdə tutulan ianələr, qrantlar kisəsinin ağzını daha möhkəm bağladığı müşahidə olunur. Hətta son vaxtlarda Ermənistanda yarızarafat, yarıcıddi tərzdə belə deyirlər: “Bu cür davam etsə, yaxın vaxtlarda Ermənistan iqtidarının üzvləri dövlət xərcləri bir yana qalsın, heç öz şəxsi xərclərini də qarşılamağa pul tapa bilməyəcəklər”.
Ermənistan mətbuatının məlumatına görə, S.Sarkisyanın rəhbərlik etdiyi hökumət diaspor tərəfindən, sözün əsl mənasında, “fitə basılır”. Diaspor təşkilatlarının nümayəndələri daim Ermənistan hakimiyyətinin ünvanına “cinayətkar”, “rüşvətxor”, “mafioz”, “tiran”, “soyğunçu” kimi bir çox sözlər səsləndirirlər. Xaricdəki erməni diasporunun nümayəndələri Ermənistan iqtidarının təmsilçilərinin korrupsiyaya bulaşmaları, göndərilən ianələri dədə malı kimi mənimsəmələri ilə bağlı yeni-yeni faktlar aşkarladıqlarını bəyan edirlər. Diaspor nümayəndələri bildirirlər ki, S.Sarkisyan komandasının üzvlərinin “iştahını” heç nə ilə, hətta ən sərt tənqidlə belə “küsdürmək” mümkün deyil, vəziyyətdən yeganə çıxış yolu Ermənistana ianələr göndərilməsini dayandırmaqdır...
Amerikada yaşayan ermənilərdə isə Ermənistanın indiki rəhbərliyinə xüsusi bir nifrətin yarandığı müşahidə edilməkdədir. Amerikadakı erməni diasporu Ermənistan əhalisini açıq-aşkar hakimiyyətə qarşı inqilaba, sərt etirazlara səsləməklə yanaşı, digər diaspor təmsilçilərini də S.Sarkisyanın komandası ilə bütün əlaqələri kəsməyə səsləyir. Məsələn, Amerikadakı erməni diasporunun nümayəndələri digər ölkələrdəki həmkarlarına ünvanladıqları müraciətlərin birində belə yazıblar: “Təəssüf ki, bizim bəzi diaspor nümayəndələri hələ də Sarkisyana inanırlar. Bu adama inanmaq olmaz, ona pul göndərməyi dayandırın!”
Ümumiyyətlə, hazırkı Ermənistan rəhbərliyi ilə mübarizəni özünün ümdə məqsədi sayan ABŞ-dakı erməni diasporu dayanmaq niyyətində deyil. Ermənistanın yalanlarını bütün dünyaya car çəkən diaspor qurumları mütəmadi olaraq S.Sarkisyanı istefaya səsləyir. Bu yaxınlarda isə Amerikadakı ermənilər yerli və dünya ermənilərinə daha bir çağırış ünvanlayıblar. Los-Ancelesdə yaşayan erməniləri bir araya toplayan qurum Ermənistanın xəritəsini paylaşaraq üzərinə “Hökumətinizi sevməyin!” yazısını əlavə edib.
Bundan belə aydın olur ki, xaricdəki diaspor Ermənistanda inqilab ab-havası yaratmağa çalışır, insanları Sarkisyan zülmünə qarşı birliyə səsləyir. Diaspor qurumları S.Sarkisyan rejiminə qarşı mübarizədə ermənilərə hər cür dəstək verməyə hazır olduqlarını bildirir.
Bu arada S.Sarkisyandan da erməni diasporunun ünvanına sərt ittihamlar gəlib. Hər il Ermənistanı tərk edənlərin sayının getdikcə artmasından danışan S.Sarkisyan buna görə məsuliyyəti öz üzərindən ataraq günahı xaricdəki diasporun üstünə yıxıb. Belə ki, Ermənistanın öz gözündə tiri görməyən xunta rejiminin rəhbəri xaricdəki lobbi təşkilatlarını erməniləri şirnikləndirərək ölkədən xaricə çıxarmaqda günahlandırıb. “Miqrasiya probleminin səbəbi sizsiniz”, - deyə S.Sarkisyan xaricdəki diaspor təşkilatlarına səslənib.
Beləliklə, S.Sarkisyan və onun komandasının başı qeylü-qaldadır. Xaricdəki erməni diasporunun öz əlini Ermənistandakı cinayətkar xunta rejiminin üstündən çəkməsi bu rejimin sonunun daha tez yaxınlaşması deməkdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

