Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: Gəmilər ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi blokadadan yayınırlar

Media: Gəmilər ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi blokadadan yayınırlar

16.04.2026 [20:45]

Bəzi gəmilər ABŞ-nin İran limanlarına qarşı tətbiq etdiyi dəniz blokadasından yayınmağı bacarırlar.

AZƏRTAC xəbər verir ki, bu barədə dəniz daşımalarının monitorinqi ilə məşğul olan “Windward” analitika şirkəti tərəfindən dərc edilən hesabatda deyilir.

Qeyd olunur ki, çərşənbə axşamı günü İran bayrağı altında üzən desant gəmisi Bəndər Abbas limanından yola düşərək Hörmüz boğazını keçib və Oman körfəzinə daxil olub.

Həmçinin bildirilir ki, ABŞ sanksiyalarına məruz qalan və saxta bayraqla üzən boş supertanker İranın ərazi sularından keçərək boğaza girə bilib. Ehtimala görə, gəmi aşkarlanma riskini azaltmaq üçün sahil yolundan istifadə edib.

“Windward” şirkətinin məlumatına görə, çərşənbə axşamı boğazdan keçən nəqliyyat vasitələrinin hərəkəti sabit qalıb. Ümumilikdə boğazdan 19 gəmi keçib ki, onların da yeddisi İrana məxsus olub.

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31