Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Kiyevə hava hücumu edilib, ölənlər və xəsarət alanlar var

Kiyevə hava hücumu edilib, ölənlər və xəsarət alanlar var

07.05.2025 [11:13]

Mayın 7-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə raket və dronlarla hücum nəticəsində azı 2 mülki şəxs həlak olub, 8-i isə xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko sosial media hesablarında məlumat verib.

Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin isə yaydığı məlumata görə, hava hücumu nəticəsində Kiyevin Svyatoşin, Solomen, Şevçenko, Dneprovski rayonlarında dağıntılar qeydə alınıb.

Dronların Svyatoşin rayonunda yaşayış binasına dəyməsi nəticəsində yanğın baş verib. 5 nəfər xilas edilib, 3 uşaq yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xilasetmə işləri davam edir.

Şevçenko rayonunda dronun qalıqları yaşayış binasının üzərinə düşüb, 3-cü və 5-ci mərtəbələrdəki mənzillər yanıb. Yanğının söndürülməsi zamanı 2 nəfərin meyiti aşkarlanıb.

Kiyevdə hava hücumundan müdafiə sistemi işə düşüb, partlayışlar baş verib. Solomen rayonuna raket qalıqları düşməsi nəticəsində anbarda yanğın baş verib. Hər hansı itki qeydə alınmayıb.

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31