UNA Afrikaya humanitar yardım məsələlərində medianın rolunu müzakirə edib
28.10.2024 [12:39]
İslam Əməkdaşlıq Təşkilatı Milli Xəbər Agentlikləri Birliyinə (UNA) üzv olan informasiya agentliklərinin baş direktorları və yüksək vəzifəli şəxslərinin, habelə beynəlxalq humanitar ekspertlərin iştirakı ilə “Humanitar mediaya doğru: humanitar fəaliyyətin dəstəklənməsi və yardım səylərinin işıqlandırılmasında jurnalistikanın rolu” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC WAM agentliyinə istinadla xəbər verir ki, dəyirmi masa İƏT-in Ciddədəki mənzil-qərargahında Afrikanın Sahil və Çad gölü hövzəsində məcburi köçkünlərə və qaçqınlara dəstək üzrə Donorlar Konfransı çərçivəsində təşkil olunub. Tədbirin təşkilatçıları qismində Kral Salman Humanitar Yardım Mərkəzi, İƏT, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi və Qaçqınlar üzrə Ali Komissarlığı çıxış ediblər.
UNA-nın baş direktoru Məhəmməd bin Əbd Rabbi əl-Yami humanitar böhranlara cavab verməkdə medianın mərkəzi rolunu vurğulayaraq bu sahədə mütəxəssislərin roluna və cavab tədbirləri vasitəsilə yardımları təşviq etmək üçün medianın gücünə güvəndiyini bildirib. O, humanitar təşkilatlarla media arasında daha güclü tərəfdaşlığa və humanitar təşəbbüslərin mediada işıqlandırılmasını əlaqələndirmək üçün birbaşa kommunikasiya kanallarının yaradılmasına çağırıb.
Kral Salman Humanitar Yardım Mərkəzinin sözçüsü Samir bin Abdullah Əl Cutayli çıxışında bildirib ki, İslam ölkələri informasiya agentlikləri arasında əməkdaşlıq humanitar fəaliyyətlərə dəstək baxımından vacibdir, çünki bu, icmalara və təşkilatlara hərtərəfli təsir göstərir.
Tədbirdə çıxış edən BƏƏ-nin WAM agentliyinin, həmçinin Mali, Kamerun, Çad və digər ölkələrin rəsmi informasiya orqanlarının rəhbərləri İƏT çərçivəsində humanitar məsələlərdə medianın roluna dair sammitin keçirilməsini təklif ediblər.
Dəyirmi masa humanitar məzmun üzrə xəbər mübadiləsinin artırılması, media ilə beynəlxalq yardım təşkilatları arasında koordinasiyanın gücləndirilməsi və hərtərəfli ictimai inkişafı dəstəkləmək üçün mediada “inkişaf naminə kommunikasiya” konsepsiyasının dərinləşdirilməsinə dair bir sıra tövsiyələrlə yekunlaşıb. Əlavə təkliflər arasında humanitar hesabatlarda statistik məlumatlar üzərində şəxsi hekayələrə diqqətin yönəldilməsi, humanitar kommunikasiyada media mütəxəssislərinin bacarıqlarının artırılması və informasiya istehlakçılarına kömək etmək üçün dəqiq məlumatın təmin edilməsi, dezinformasiyanın qarşısının alınması da yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45

