Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniya Prezidenti ölkəsinin 2036-cı il Olimpiadasına namizədliyini məqsədəuyğun hesab etmir

Almaniya Prezidenti ölkəsinin 2036-cı il Olimpiadasına namizədliyini məqsədəuyğun hesab etmir

20.02.2026 [13:20]

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ölkəsinin 2036-cı il Yay Olimpiya Oyunları üçün namizədliyini məqsədəuyğun hesab etmir.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Prezident Almaniyanın Olimpiadaya namizədliyini dəstəkləsə də, yubiley ili olan 2036-cı il üçün bunu uyğun saymır. Bu tarixin simvolik baxımdan ağır məna daşıdığını və xüsusilə həssas olduğunu hesab edən Prezident 1936-cı ildə nasistlərin Olimpiadadan təbliğat vasitəsi kimi sui-istifadə etdiklərini düşünür. Frank-Valter Ştaynmayer Olimpiadanın 2040-cı və ya 2044-cü illərdə keçirilməsini daha məqsədəuyğun hesab edir.

Sabiq Kansler Gerhard Şröder isə Almaniya Prezidentinin bu mövqeyi ilə razılaşmır. O, açıq məktubunun əlyazmasının fotosunu “LinkedIn” platformasında paylaşaraq Prezidentin narahatlıqlarını bölüşmədiyini bildirib və Olimpiya Oyunlarına namizədliyi dəstəkləyib. “Cənab Federal Prezidentin 2036-cı ildə Almaniyada Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı narahatlıqları şübhəsiz ki, ciddi qəbul edilməlidir. Buna baxmayaraq, mən bu narahatlıqları bölüşmürəm”, - deyə o qeyd edib.

G.Şröder hesab edir ki, məhz tarix yüklü bu Olimpiya ili Almaniya üçün fürsət yaradır və dünya ictimaiyyətinə, eləcə də ölkədəki gənc nəslə demokratik Almaniyanın öz tarixindən nə öyrəndiyini açıq şəkildə göstərmək imkanı verir: “Tariximizin bu dövrü ilə fəxr etmək üçün əsasımız var və bunu dünya ictimaiyyətinə də aydın şəkildə nümayiş etdirməliyik”.

Xatırladaq ki, nasistlərin Almaniyada hakimiyyətə gəlməsindən üç il sonra – 1936-cı ildə Berlində keçirilmiş XI Yay Olimpiya Oyunlarında 49 ölkədən 4 minə yaxın idmançı mübarizə aparıb.

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28