Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb

18.02.2026 [12:06]

Fevralın 17-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 171, o cümlədən borclu şəxs qismində axtarışda olan 143, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 və dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 47 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 67,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 pulemyot, 1 tapança, 1 qumbara, 11 tüfəng, 10 patron darağı, 458 ədəd müxtəlif çaplı patron və 192 ədəd mərmi aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər də saxlanılıb.

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28