Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / TÜBİSAD sədri: Türkiyə və Azərbaycan texnologiya sahəsində birgə ekosistem yaratmalıdır

TÜBİSAD sədri: Türkiyə və Azərbaycan texnologiya sahəsində birgə ekosistem yaratmalıdır

11.02.2026 [13:38]

Türkiyə və Azərbaycan texnologiya sektorunda rəqabət qabiliyyətini artırmaq üçün birgə ekosistem formalaşdırmalı və miqyas üstünlüyü yaratmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk İnformasiya Texnologiyaları Sənayeçiləri Assosiasiyasının (TÜBİSAD) İdarə Heyətinin sədri Mehmet Ali Tombalak Azərbaycan–Türkiyə İKT Biznes Forumunda çıxışı zamanı səsləndirib.

Mehmet Ali Tombalak bildirib ki, hazırda Türkiyədə informasiya və kommunikasiya texnologiyaları sektorunun ümumi həcmi 33 milyard dollar təşkil edir və TÜBİSAD ölkə bazarının 95 faizini təmsil edir.

“Məqsəd Azərbaycanla birgə əməkdaşlıq çərçivəsində bu həcmi ikiqat artırmaqdır. Türkiyə təkcə öz bazarı ilə deyil, Türk dövlətləri ilə birlikdə 161 milyonluq əhaliyə xidmət potensialına malikdir. Bu isə texnologiya sektorunda rəqabət üstünlüyü baxımından strateji əhəmiyyət daşıyır”, - deyə TÜBİSAD sədri vurğulayıb.

Mehmet Ali Tombalak bildirib ki, 37,8 milyon əhalisi olan Polşa texnologiya ixracını 37,5 milyard dollara çatdırıb ki, bunun 14,5 milyard dollarını IT xidmətləri təşkil edir: “Türkiyənin IT xidmətləri ixracı təxminən isə 3,5 milyard dollar səviyyəsindədir. Çin 3,7 trilyon dollar, Hindistan isə 200 milyard dollardan çox IT xidmətləri ixrac edir və bu ölkələrin əsas üstünlüyü böyük bazardır. Bu baxımdan, Türkiyə və Azərbaycanın texnologiya sahəsində birləşməsi və ortaq ekosistem qurması zəruridir. Ayrı-ayrılıqda deyil, birlikdə böyüməliyik”.

Mehmet Ali Tombalak əlavə edib ki, forum çərçivəsində aparılan müzakirələr təkcə əməkdaşlıq deyil, həm də şirkətlərin birləşməsi və regional səviyyədə daha güclü strukturun formalaşdırılması istiqamətində imkanlar yaradır.

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28