Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 22,3 faiz artıb

Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 22,3 faiz artıb

10.02.2026 [16:17]

Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 17,6 milyon manatdan çox vergi daxil olub.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 faiz və ya 1,2 milyon manat çoxdur.

Qeyri-dövlət sektorundan daxilolmalar 13,7 milyon manat təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 2,5 milyon manat və ya 22,3 faiz artıb.

Ödənilən vergilərin 77,8 faizi qeyri-dövlət sektorunun, 22,2 faizi isə dövlət sektorunun payına düşüb.

Bundan başqa, 2026-cı ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artaraq 235,9 min manat olub.

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28