Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniyada jurnalistlərə qarşı cinayətlərin sayı artıb

Almaniyada jurnalistlərə qarşı cinayətlərin sayı artıb

10.02.2026 [21:24]

Almaniyada media nümayəndələrinə qarşı törədilən cinayətlərin sayı artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Sol Partiyanın Bundestaqdakı fraksiyasının sorğusuna Daxili İşlər Nazirliyindən verilən cavabda qeyd olunub.

“Rheinische Post” qəzetinin təqdim etdiyi sənəddə 2024-cü il aprelin 1-dən 2025-ci il noyabrın 30-dək olan müddətdə media nümayəndələrinə qarşı siyasi motivli 818 cinayətin qeydə alındığı əksini tapıb. Bu hadisələrdən 89-u zorakılıq cinayətləri olub. Qeydə alınmış cinayətlərin təxminən üçdə biri – 244 hadisə polis tərəfindən sağ təmayüllə əlaqələndirilib, 78 cinayət sol spektrə aid edilib. Eləcə də 153 halda hadisələrin arxasında xarici ideologiyanın dayandığı, 31 halda isə dini motivlərin rol oynadığı göstərilib.

Törədilən cinayət hadisələrinin yarısı - 406-sı paytaxt Berlində qeydə alınıb. Saksoniyada 82, Bavariyada 64, Şimali Reyn–Festfaliyada isə 55 hadisə baş verib.

Həmin dövr üzrə hesablamaya əsasən, ayda orta hesabla 41 hadisə qeydə alınıb ki, bu da 2023-cü ildəki orta aylıq göstəricidən (24 hadisə) 71 faiz çoxdur.

Bundestaqda Sol Partiyanın media siyasəti üzrə sözçüsü David Şlizinq bu göstəricilərdən dərin narahatlığını ifadə edərək, federal hökumətin və əyalətlərin dərhal hərəkətə keçməsinin, jurnalistlərin fəaliyyətinin qorunması üçün təcili addımların atılmasının vacibliyini bildirib.

Paylaş:
Baxılıb: 175 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28