Neftin qiymətlərini kim və necə təyin edir?
10.02.2026 [09:16]
Fevral ayının ilk ongünlüyü dünya bazarlarında gosiyasi gərginliyin davam etməsi və risk aktivlərində dalğalanmanın artması ilə xarakterizə oluna bilər. ABŞ, Avrozona, Almaniya və İngiltərədə maliyyə və digər aktivlərdə ucuzlaşmaların müşahidə edilməsi enerji sektoruna da sirayət edib. Xüsusilə də, qlobal bazarın əsas istehlak karbohidrogeni olan neftin bir neçə gün cüzi qiymət artımından sonra yenidən ucuzlaşma müşayiət olunur. Ötən gün “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarında “Brent” neftinin 1 bareli təxminən 1 faiz ucuzlaşaraq 67,4 dollara satılıb. Nyu-Yorkun “NYMEX” əmtəə birjasında isə “WTI” markalı neftin 1 barelinin qiyməti 0,94 faiz azalaraq 62,9 dollara bərabər olub. “Azeri Light” markalı Azərbaycan nefti isə 70 dollardan satılıb.
Geosiyasi amillər bazara təsir edir
Dünya bazarında neftin qiyməti daha çox geosiyasi proseslərin təzyiqi altında formalaşmaqdadır. ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdikləri növbəti sanksiyalar paketindən sonra dünya bazarında neftin qiymətində bahalaşma müşahidə edilsə də, bu, müvəqqəti bazar konyukturası oldu. İlk baxışdan neftin qiymətinin bahalaşmasının bazarın tələb və təklif qanunlarına uyğun olaraq baş verdiyi təsəvvürü yaransa da, dünya bazarında qiymətin təbii amillərdən qaynaqlanmadığı bəlli oldu. Belə ki, analitiklər hasilatın azalması, nəqliyyat xərclərinin artması, OPEC-in neftin qiymətini sabit saxlamaq istəyi və s. amillərin neftin qiymətində həlledici rol oynamadığını etiraf edirlər. Qənaətlərə əsasən, bazara süni müdaxilələr dəyişkənliklər yaradır və bu, siyasi xarakter daşıyır.
Son bir həftədə isə ABŞ-İran münasibətləri neftin qiymət dalğalanmalarına daha çox təsir edib. “Finam” investisiya kompaniyasının analitiki Nikolay Dudçenkonun fikrincə, hazırkı dönəmdə hərbi münaqişə nə ABŞ-a, nə də İrana lazım deyil. Məsələnin mahiyyəti ondan ibarətdir ki, seçkilər ərəfəsində “İran problemini” həll edəcəyini bəyan edən Prezident Donald Tramp irəli sürdüyü şərtlərin İran tərəfindən qəbul ediləcəyini bildirib. Ona görə də Yaxın Şərq ölkələrindəki hərbi bazaları hərbi texnika və şəxsi heyətlə təchiz edərək danışıqlara başlamaqla İrana təzyiq göstərməyə çalışır ki, istədiyini əldə etsin. Noyabr ayında ABŞ-da Senata seçkilər keçiriləcək buna görə də Tramp hərbi əməliyyatlar aparmaq niyyətində deyil. Digər tərəfdən hərbi əməliyyatlar neftin qiymətinin artmasına səbəb olacaq ki, bu da ABŞ-ın iqtisadi maraqlarına cavab vermir. N.Dudçenko bildirib ki, qiymətlər geosiyasi təsir altında qalaraq bu il “Brent”in qiyməti 63-65 dollar ətrafında olacaq. Niderlandın “İNG Bank” qrupunun təhlilinə görə isə cari ildə “Brent” markalı neftin qiyməti 57 dollar, 2027-ci ildə isə 62 dollar ətrafında olacaq.
Yeri gəlmişkən, fevralın 6-da Omanda nəzərdə tutulan ABŞ-İran görüşünün təxirə salınmasından sonra gərginlik gözləntisində olan treyderlər hərbi münaqişə ehtimalının azaldığını görərək alışları artırıblar ki, bu da qiymətlərin enməsində rol oynayıb. Ancaq buna baxmayaraq, Tehran hökumətinin raket proqramını və Yaxın Şərq dövlətlərində fəaliyyət göstərən proksi qruplarını ləğv etməyəcəyini bildirməsi bazardakı sakitliyin müvəffəqəti qaldığını, yeni risk siqnallarının yaranacağını ehtimal edir.
Yeni yataqlar və hasilatın artırılması zəruridir
“Reuters” agentliyinin məlumatına əsasən, dekabrda ABŞ Venesueladan sutkada 498 min barel neft çıxarırdısa yanvarda bu rəqəm 800 min barelə çatıb ki, bu da dünya bazarında təklifi artırıb və bahalaşmanın qarşısı nisbətən alınıb. Lakin yaxın gələcəkdə Venesueladan daha çox həcmdə neft çıxarılması planlaşdırılıb. Agentliyin analitikləri hesab edirlər ki, bazar hələ də geosiyasi təsirlərin altında fəaliyyətini davam edir.
ABŞ-ın “Shell” şirkətinin rəhbəri Vael Savan nəzərə çatdırıb ki, yataqların durmadan istismarı hər il təklifin 5 faiz azalmasına səbəb olur. Bunu kompensasiya etmək üçün ildə bazara 6 milyon barel neft çıxarmaq lazımdır. Təklifin qısamüddətli artması hazırda dünyada baş verən geosiyasi proseslərlə əlaqədardır. Venesuela və İran ətrafında baş verən hadisələr qiymətlərin sabit qalmasını təmin edir. “Shell” rəhbəri vurğulayıb ki, qarşıdakı illərdə dünya bazarının neftə olan tələbatı artacaq. Bir sıra ölkələrin iqtisadi inkişafında yeni mərhələnin başlaması dünyada sutkada 1 milyon barel neftə tələbat yaradacaq. Ona görə də, yeni yataqların kəşf edilməsi vacibdir və dünya bazarında neftin qiymətinin sabit qalması üçün zəruridir. Şirkət Livanda, Küvetdə, Venesuela və İraqda yeni yataqların kəşf edilməsi və hasilatın artırılması istiqamətində işlər aparır.
Türkiyə ABŞ-la neft kəşfiyyatına başlayır
Qlobal neft bazarında fərqli fraqmentasiyaların davam etdiyi bir vaxtda Türkiyənin “Turkish Petroleum Corporation” (TPAO) şirkəti ilə ABŞ-ın “Chevron” şirkəti arasında neft kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Türkiyənin enerji naziri Alparslan Bayrakdar bildirib ki, hər iki şirkət Türkiyə ilə yanaşı, beynəlxalq layihələrin də birgə həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Nazir bildirib ki, Türkiyənin məqsədi Qara dənizdə hasilata başlamaq və TPAO-nu dünya miqyaslı şirkətə çevirməkdən ibarətdir. Bu memorandum ilk növbədə Türkiyənin ABŞ ilə əlaqələrinin və enerji sahəsini inkişaf etdirməyə çalışdığını göstərir. Yanvar ayında TPAO ABŞ-ın “ExxonMobil” şirkəti ilə də müqavilə imzalayıb. Müqaviləyə əsasən şirkətlər Qara və Aralıq dənizlərində, həmçinin İraq, Rusiya və Somalidə birgə layihələr həyata keçirəcəklər.
“Bloomberg” yazır ki, Türkiyə karbohidrogen resurslarına ehtiyac duyan dövlətlərdən biridir və Amerika ilə enerji sahəsində əməkdaşlıq onun bu problemini həll edə bilər.
“OPEC” optimal qiyməti 70 dollar hesab edir
Analitiklərin fikrincə, ABŞ-nin qlobal bazara daha çox karbohidrogen ehtiyatları nəql etməsi barədə proqnozları da özünü doğrultmur. Bu ölkədə ehtiyatların azalması dünya neft bazarında əvvəlki həcmlərdə yanacaq ixracını təmin etməyə imkan vermir, hazırda bu ölkə qlobal tədarükü maksimum səviyyədə çatdırmağa çalışsa da, ehtiyat rezervlərin davamlılığının rentabelli olacağı sual altındadır.
Beynəlxalq Enerji Agentliyinin (IEA) gözləntilərinə görə, dünya iqtisadiyyatında yavaşlama neftə olan tələbin azalmasını təşviq edəcək. Buna səbəb kimi qlobal iqtisadi fəallığın azalması, o cümlədən ABŞ və Avropa İttifaqında sənaye və enerji sektorunda işgüzarlığın zəifləməsi, qlobal bazarın ən nəhəng istehlakçısı olan Çində gözləniləndən daha az xam neft tələbinin qeydə alınması, bərpa olunan enerjiyə keçidin sürətlənməsi də digər faktorlar təsir göstərilir. Bu isə orta qiymət əmsalının 60-65 dollar çərçivəsində qalmasına səbəb olacaq.
Bu meyilləri nəzərə alan “OPEC+” və “OPEC” üzvləri bazardakı nəql kvotasını nəzarətdə saxlamağı məqsədəuyğun saymır. Kartel ölkələrinin enerji analitikləri hesab edirlər ki, dünya iqtisadiyyatında cüzi artım faizinə və sənayenin artma tələbatına uyğun neft tədarükün cəlb edilməsi vacibdir. Ümumilikdə, “OPEC” ölkələri qlobal bazar üçün optimal qiymətin indiki şəraitdə 70 dollar olmasını sərfəli hesab edir.
Bütün bu proseslər dünya bazarında neftin qiymətinə mühüm təsir göstərəcək. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu təsir iqtisadi xarakter daşıyaraq bazarın tələb və təklif qanunları ilə tənzimlənəcək. Lakin bu gün bazara iqtisadi faktorlardan çox geosiyasi faktorlar təsir edir ki, bu da bir sıra dövlətlərin iqtisadi inkişafına maneələr törədir, bazarın qeyri-müəyyən istiqamətə fəaliyyəti sərmayədarları ehtiyatlı davranmağa, investisiya yatırmaqdan çəkinmək məcburiyyətində qoyur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49

