Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Liviya sahillərində qayığın batması nəticəsində 53 miqrant ölüb və ya itkin düşüb

Liviya sahillərində qayığın batması nəticəsində 53 miqrant ölüb və ya itkin düşüb

09.02.2026 [23:50]

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) bazar ertəsi günü verdiyi məlumata görə, Liviya sahillərində 55 nəfəri daşıyan rezin qayığın batması nəticəsində iki körpə də daxil olmaqla əlli üç qanunsuz miqrant ölüb və ya itkin düşüb.

BMqT-nin sağ qalanlara istinadla verdiyi açıqlamada bildirilir ki, qayıq cümə axşamı Zaviyədən yola düşüb və cümə günü Zuvara sahilində batıb. Zaviyə və Zuvara Liviyanın paytaxtı Tripolinin qərbindəki sahil şəhərləridir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, təşkilatın məlumatında deyilir: “Liviya hökuməti tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatı zamanı yalnız iki nigeriyalı qadın xilas edilib. Sağ qalanlardan biri ərini, digəri isə faciədə iki körpəsini itirdiyini bildirib”.

BMT agentliyinin məlumatına görə, 2025-ci ildə Mərkəzi Aralıq dənizində 1300-dən çox miqrant itkin düşüb. Təkcə yanvar ayında ərazidə ekstremal hava şəraitində çoxsaylı qəza nəticəsində ən azı 375 miqrantın öldüyü və ya itkin düşdüyü bildirilib, həmçinin yüzlərlə ölüm hadisəsinin qeydə alınmadığı güman edilir.

“Son hadisə 2026-cı ildə ölən və ya itkin düşən qanunsuz miqrantların sayını azı 484 nəfərə çatdırıb”, -deyə agentlik bildirib.

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28