Sülh diplomatiyasının yeni mərhələsi: beynəlxalq həmrəyliyin təntənəsi
09.02.2026 [14:34]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi bəşəri dəyərlərin, humanizm ideyalarının və beynəlxalq həmrəyliyin təntənəsi kimi yadda qalıb. Bu mərasim müxtəlif regionları, mədəniyyətləri və dini ənənələri təmsil edən liderləri bir araya gətirərək, dialoq və anlaşmanın müasir dünyada nə qədər vacib olduğunu bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi isə həyata keçirilən siyasətin qlobal miqyasda yüksək dəyərləndirildiyini təsdiqləyən mühüm hadisə olub. Bu faktor ölkəmizin beynəlxalq nüfuzunun artdığını, sülh və əməkdaşlıq təşəbbüslərinin dünya ictimaiyyəti tərəfindən dəstəkləndiyini bir daha göstərir.
Çıxışında bu mükafatı böyük şərəf və məsuliyyət kimi dəyərləndirən Prezident İlham Əliyev, ilk növbədə münsiflər heyətinə dərin minnətdarlığını ifadə edib. Adını Birləşmiş Ərəb Əmirliklərinin banisi, müdrik dövlət xadimi Şeyx Zayeddən alan belə bir mükafata layiq görülmək bütövlükdə həyata keçirilən humanist siyasətə verilən dəyərdir. Şeyx Zayedin uzaqgörənliyi, xalqa bağlılığı və modern dövlətçilik baxışları nəticəsində səhrada yerləşən bir ölkə qısa müddətdə dünyanın ən sabit, inkişaf etmiş və firavan məkanlarından birinə çevrilib.
Fərqli dinlərin, dillərin və mədəniyyətlərin nümayəndələrinin dinc yanaşı yaşaması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu model həm daxili sabitliyi gücləndirir, həm də beynəlxalq miqyasda etimadı artırır. Məhz buna görə insan qardaşlığı ideyası bu mərasimdə ön plana çəkilib. Dövlətimizin başçısının mərasimdəki çıxışında xalqımızın 30 ildən artıq davam edən münaqişə, qarşıdurma və ağrılı itkilərdən sonra artıq altı aydır ki, sülh şəraitində yaşaması vurğulanıb.
Vaşinqtonda keçirilən tarixi Zirvə Görüşündən sonra tərəflər arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Həmin görüşdə sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması regionda uzunmüddətli sabitliyin əsasını qoyub. Bu prosesdə ABŞ Prezidentinin vasitəçilik rolunun və göstərdiyi səylərin əhəmiyyəti vurğulanıb. Beləliklə, beynəlxalq tərəfdaşların dəstəyi sülh təşəbbüslərinin daha sürətli və effektiv reallaşmasına töhfə verib.
Yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, iqtisadi və ticarət əlaqələrinin bərpası, enerji məhsullarının ixracına başlanması qarşılıqlı etimadın real ifadəsidir. Bu addımlar göstərir ki, tərəflər artıq əməkdaşlığı prioritet seçərək iqtisadi qarşılıqlı faydaya əsaslanan münasibətlər qurmağa çalışırlar. Həmin proses regionun iqtisadi xəritəsini də dəyişir. Yeni nəqliyyat marşrutları, ticarət axınları və enerji layihələri həm rifahı artırır, həm də qarşılıqlı asılılığı gücləndirir. Nəticədə münaqişə riski azalır, sabitlik isə daha dayanıqlı xarakter alır. Bu isə sülhün uzunömürlü olmasının əsas təminatıdır.
Mərasimin məhz Əbu-Dabidə keçirilməsi xüsusi rəmzi məna daşıyır. Çünki son danışıqlar raundlarından biri də bu şəhərdə baş tutmuş və yekun razılaşmaya gedən yolun mühüm mərhələsi müəyyənləşib. Bu baxımdan Əbu-Dabi artıq yalnız diplomatik görüşlər keçirilən şəhər deyil, sülhün formalaşdığı tarixi platforma kimi qəbul edilir. Belə bir məkanda təqdim edilən mükafat səylərin beynəlxalq miqyasda dəyərləndirilməsi və təşviqi deməkdir. Bütün bunlar göstərir ki, sülh təşəbbüsləri dünya birliyi tərəfindən diqqətlə izlənir və dəstəklənir.
Dövlətimizin başçısının çıxışında diqqətə çatdırılan mühüm məqamlardan biri ondan ibarət idi ki, ən çətin və uzunmüddətli münaqişələr belə güclü siyasi iradə, qarşılıqlı etimad və beynəlxalq dəstək sayəsində həll oluna bilər. Sülh yalnız arzu deyil, real və əldə edilə bilən hədəfdir. Bunun üçün cəsarətli qərarlar, humanist yanaşma və əməkdaşlıq ruhu vacibdir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim edildiyi bu mərasim sülhün, dialoqun və insan həmrəyliyinin qələbəsini təcəssüm etdirir. Bu əlamətdar hadisə həm ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, həm də regionda yeni, sabit və təhlükəsiz gələcəyin formalaşdığını bir daha təsdiqləyir.
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

