Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Misirdə iri həcmdə narkotik qaçaqmalçılığının qarşısı alınıb

Misirdə iri həcmdə narkotik qaçaqmalçılığının qarşısı alınıb

08.02.2026 [19:14]

Misir Daxili İşlər Nazirliyi tərəfindən iri həcmdə narkotik maddə qaçaqmalçılığı cəhdinin qarşısı alınıb. Süveyş vilayətində xüsusilə təhlükəli cinayətkar dəstə zərərsizləşdirilib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, əməliyyat nəticəsində ümumi dəyəri 5 milyon dollara yaxın 3 ton narkotik maddə (2 ton hidro (THC), 1 ton həşiş) müsadirə olunub.

Əməliyyat Narkotiklərlə Mübarizə Sektorunun nazirliyin digər qurumları ilə koordinasiyalı şəklində apardığı dəqiq məlumatlar və intensiv əməliyyat-axtarış tədbirləri əsasında başlayıb. Araşdırmalar cinayətkarların hidro və həşiş narkotiklərinin böyük həcmdə gətirilməsini planlaşdırdıqlarını, onların saxlanılması və sonradan paylanması üçün Süveyşi mərkəz seçdiklərini təsdiqləyib. Qanuni prosedurlar tamamlandıqdan və Baş Prokurorluğun icazəsi alındıqdan sonra təhlükəsizlik orqanları dəstə üzvlərinin hərəkətlərini izləmək üçün dəqiq plan hazırlayıb və qüvvələr şübhəliləri cinayət başında yaxalayaraq saxlayıblar.

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28