Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sergey Lavrov ATƏT-in dərin böhran içində olduğunu bildirib

Sergey Lavrov ATƏT-in dərin böhran içində olduğunu bildirib

06.02.2026 [23:35]

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) baş katibi Feridun Sinirlioğlu və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri İqnatsio Kassis ilə danışıqlar aparıb.

AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər ATƏT-dəki böhranı və bütün iştirakçı dövlətlərin maraqlarını nəzərə alaraq yığılmış problemlərin həlli yollarını müzakirə ediblər. Danışıqları açan Rusiya diplomatiyasının rəhbəri təşkilatın dərin böhran içində olduğunu və özünüməhv etmək təhlükəsi ilə üzləşdiyini bildirib. “Səbəb çox sadədir: Qərb ölkələrinin əksəriyyətinin Helsinki Yekun Aktında və sonrakı illərdə ATƏT-in zirvə görüşlərində qəbul edilmiş bəyannamələrdə təsbit olunmuş yüksək prinsiplərdən radikal şəkildə uzaqlaşması”, - deyə Rusiyanın xarici işlər naziri qeyd edib.

İsveçrənin xarici işlər naziri İqnatsio Kassis ATƏT-in Ukraynada atəşkəsin təşviqindəki rolunu müzakirə etmək istədiyini bildirib. O vurğulayıb: “Mən bu təşkilatla (ATƏT – red.) qapıları açmaq üçün buradayam. Son üç ildə eyni düşüncəli ölkələr arasında dialoq aparmaq mümkün olmayıb və biz buna diqqət yetirmək istərdik... Təşkilata müzakirələr aparmağa, sülh planının və atəşkəsin imzalanmasına hazırlaşmağa imkan yaradacaq bir rol vermək imkanını müzakirə edəcəyik”.

Paylaş:
Baxılıb: 180 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28