Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Gürcüstanda keçirilən xüsusi əməliyyat zamanı 39 nəfər həbs olunub

Gürcüstanda keçirilən xüsusi əməliyyat zamanı 39 nəfər həbs olunub

06.02.2026 [21:48]

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları ölkə daxilində silahlı qruplaşmalara və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirib. Paytaxt Tbilisidə və bölgələrdə keçirilən əməliyyatlar nəticəsində 31 qanunsuz odlu silah müsadirə edilib, 39 nəfər həbs olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bun gün keçirilən brifinqdə məlumat verib.

O bildirib ki, saxlanılan şəxslərin evlərində, köməkçi anbarlarında və nəqliyyat vasitələrində aparılan axtarışlar zamanı polis çoxlu sayda silah, əl qumbaraları və yüzlərlə patronu sübut kimi müsadirə edib. Həmçinin külli miqdarda müxtəlif növ narkotik maddələr də müsadirə olunub. "Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları profilaktik tədbirlər həyata keçirməklə cinayətkarlığa qarşı mübarizə aparmaqda davam edir. Məqsədimiz ictimaiyyət üçün təhlükəsiz mühit təmin etməkdir və bu istiqamətdə profilaktik tədbirlər gələcəkdə də fəal şəkildə aparılacaq", - deyə o bildirib.

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28