Paris sülh siyasətinə qarşı
06.02.2026 [09:34]
Fransa rəsmiləri üzdə ötən il Vaşinqtonda əldə olunan mühüm razılaşmalardan sonra Azərbaycanla Ermənistan arasında sülhyaratma prosesində başlayan yeni mərhələni alqışladıqlarını bildirsələr də, rəsmi Paris sülh siyasəti ilə adekvat olmayan mövqe sərgiləyir. Fransa Milli Assambleyasının separatçı rejimin nümayəndələrinin “dərhal və qeyd-şərtsiz azad olunması” ilə bağlı qəbul etdiyi qətnamə bunun əyani təsdiqidir.
Fransa parlamentinin aşağı palatasının saytında yerləşdirilən məlumata əsasən, “sənəd”in lehinə 183 üzv səs verib, əleyhinə isə səs verən olmayıb. Qətnaməni Fransa-Ermənistan Dostluq Qrupu adından parlamentin üzvü Loran Vaukiez təqdim edib və bir sıra parlamentarilər onu dəstəkləyiblər. Parlamentdə “sənəd”in yekdilliklə qəbul edilməsi burada ifadə olunan mövqenin təsadüfi deyil, sistemli və siyasi sifariş xarakteri daşıdığını göstərir.
Qətnamənin qərəzli mahiyyəti
Fransa parlamenti keçmiş Qarabağ probleminin bütün tarixi ərzində, o cümlədən 44 günlük Vətən müharibəsi günlərində və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı ilə bağlı dəfələrlə belə reallıqla heç bir əlaqəsi olmayan müzakirələr açıb və çoxsaylı absurd qətnamələr qəbul edib. Əslində, bunlar kağız parçasından başqa bir şey deyil. Subyektivcəsinə qəbul olunan və heç bir faktın doğru-düzgün öz əksini tapmadığı qətnamələri Azərbaycan hüquqi əsası olmayan kağız parçaları kimi dəyərləndirib. Belə “kağız parçaları” qəbul edildiyi andan öz yerlərini yalnız toz basmış arxivlərdə tapırlar.
Bəhs olunan son qətnamə də başdan ayağa qərəzli məzmuna malikdir. “Sənəddə” bəhs olunan şəxslər zamanında Azərbaycana qarşı dövləti cinayətlər törədiblər və onların əli dinc azərbaycanlıların qanına batıb. Keçmiş Dağlıq Qarabağ probleminin otuz ildən artıq davam edən tarixi boyunca Azərbaycan humanitar fəlakətlə üzləşib. Xocalı şəhəri bir gecənin içində yerlə-yeksan olub, bir milyondan artıq insan onilliklər boyunca çadırlarda, vaqonlarda, uyğunlaşdırılmış binalarda yaşayıblar. Həmçinin işğal altına düşən ərazilərdə qalan zəngin mədəni irsə böyük ziyan dəyib - onlar dağıdılıb, qiymətli eksponatlar oğurlanıb, Bütün bu qəbildən olan çirkin əməllərin arxasında isə Ermənistan hakimiyyəti və rəsmi İrəvanın onilliklər ərzində dəstəklədiyi separatçılar dayanıblar. Separatçılar Azərbaycan Konstitusiyasını pozmaqla Qarabağda qeyri-qanuni “dövlət” formalaşdırıblar və Azərbaycanın unitar dövlət quruluşuna qarşı çıxıblar. Onlar 44 günlük müharibədən əvvəl yeni ərazi iddialarını dilə gətirir və Bakıya gələcəklərini bildirirdilər. Separatçılar Bakıya gəldilər. ancaq məğlub durumda, qolları qandallı şəkildə gəldilər.
Fransa parlamentində qəbul olunan qətnaməyə münasibət bildirən Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib ki, bütün bunlar yaxın tarixin reallığıdır. Deputat vurğulayıb ki, Fransa parlamentariləri bu reallıqları unudub qərəzə uymamalı idilər. “Sənəd”in qərəzli mahiyyətinə diqqət çəkən Sevinc Fətəliyeva deyib: “Fransa parlamentinə ikili standartlar ruhu hakim kəsilib, desək, yanılmarıq. Xatırladaq ki, burada bu günədək etnik təmizləməyə məruz qalan və fundamental insan hüquqları pozulan bir milyon azərbaycanlı haqqında bir dəfə də olsun dinləmə keçirməyib və hər hansı qətnamə qəbul etməyib. Bu isə Fransa qanunverici orqanının tam qərəzli mövqe tutduğunu açıq şəkildə nümayiş etdirir.
Fransa parlamentində yeni qəbul olunan “sənəd”də Azərbaycanın suveren hüquqlarının, ərazi bütövlüyünün və milli qanunvericiliyinin tam şəkildə iqnor edilməsi xüsusilə diqqət çəkir. Azərbaycanın məhkəmə orqanları tərəfindən müharibə cinayətləri, separatçılıq, terror fəaliyyəti və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan şəxslər “erməni əsirləri” kimi təqdim olunur. Bu yanaşma beynəlxalq hüququn fundamental prinsiplərinə - dövlətlərin daxili işlərinə qarışmamaq və məhkəmə müstəqilliyinə hörmət prinsiplərinə ziddir”.
Azərbaycan parlamentinin üzvü qərəzli qətnamədə”artsax” terminindən istifadə etməsinə xüsussi diqqət çəkib. S.Fətəliyeva bunu açıq aşkar siyasi manipulyasiya kimi dəyərləndirib. Tarixdə belə bir termin olmayıb. Bu, “dənizdən-dənizə Ermənistan” xülyasına uyan erməni separatçılarının uydurması idi və artıq tarixin zibilliyinə atılıb.
Ermənidən artıq ermənilik
“Bu günlərdə Fransa parlamentində Azərbaycanla bağlı qəbul olunan qətnamə qurumun beynəlxalq müstəvidə cərəyan edən proseslərin arxasında süründüyünü bir daha ortaya qoyur. Fransa parlamentində erməni lobbisinin təsirləri o qədər güclüdür ki, qurumu təmsil edən parlamentarilər Azərbaycanla Ermənistan arasındakı tənzimləmə prosesinin hazırkı mərhələsində nələrin baş verdiyini belə qəbul etmək istəmirlər. 30 il ərzində ədalətli mövqeyindən, haqq mübarizəsindən geri çəkilməyən güclü Azərbaycan 44 günlük müharibənin və separatçıların sonunu gətirən 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının nəticələrinə uyğun olaraq regionda yeni reallıqlar yaradıb. Vaşinqton görüşü, Davos Forumu bir daha təsdiqlədi ki, dünya, əksər güc mərkəzləri Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanmaqla yaratdığı reallıqları və sülh gündəliyini qəbul edirlər. Vaşinqtonda yekun sülh sazişinin paraflanması ilə Azərbaycan-Ermənistan münasibətlərində yeni bir səhifə açılıb”.
Bu fikirləri isə bəhs olunan “sənəd”ə münasibət bildirən Milli Məclisin deputatı Kamran Bayramov ifadə edib. Onun sözlərinə görə indi Cənubi Qafqaz regionu heç vaxt olmadığı qədər sülhə yaxındır. Həmçinin Azərbaycanla Ermənistan arasında həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində etimad quruculuğu prosesi başlayıb. Fransa parlamentariləri ədalətlidirlərsə, obyektivdirlərsə hər iki tərəf, hər iki xalq üçün əhəmiyyətli olan və dünya tərəfindən təqdir olunan sülh prosesinə töhfə verməyə çalışmalıdırlar. “Onlara vacib bir məqamı xatırlatmaq istərdik. İndi revanşistlərin kiçik bir qrupu istisna olmaqla Ermənistanın özündə belə separatçıları yada salan yoxdur. Qarabağ məsələsi gündəlikdən çıxarılıb. Hazırda Bakı məhkəməsində separatçılara ədalətli hökm oxunur. Belə bir vəziyyətdə Fransadan olan parlamentarilərə nə düşüb ki, reallığı görməzdən gəlir və hazırda Ermənistanda nüfuzu palaz kimi yerlə bir olan kilsədən gələn tezisləri təkrarlayırlar? Bunun bir adı var: Ermənidən artıq ermənilik etmək”, - deyə Kamran Bayramov vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50
Dünya
20 Fevral 11:49

