Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qazaxıstan Pakistan ilə qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir

Qazaxıstan Pakistan ilə qarşılıqlı ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir

04.02.2026 [21:23]

Qazaxıstan və Pakistan ortamüddətli perspektivdə ikitərəfli ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədirlər.

AZƏRTAC Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, bu məsələ Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyev ilə Pakistanın ticarət naziri Cam Kamal Xan arasında İslamabadda keçirilən görüşdə müzakirə olunub.

Ötən il iki ölkə arasında ticarət dövriyyəsi təxminən ikiqat artaraq 105,6 milyon dollara çatıb.

Danışıqlar zamanı tərəflər təcrid olunmuş təşəbbüslərdən sazişlərin həyata keçirilməsi üçün yaxşı qurulmuş mexanizmə keçidin zəruriliyini qeyd ediblər. Arman Şakkaliyev ticarət dövriyyəsinin artırılması üçün konkret iqtisadi sektorların müəyyən edilməsini təklif edib.

Bu mexanizmin tətbiqi prioritet sektorlara - aqrar-sənaye kompleksi, qida məhsulları, kimya və neft-kimya sənayesi, metallurgiya, maşınqayırma, əczaçılıq sahələrinə diqqət yetirməyi tələb edir.

Paylaş:
Baxılıb: 190 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28