Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Oksford lüğəti 2025-ci ilin sözünü elan edib

Oksford lüğəti 2025-ci ilin sözünü elan edib

02.12.2025 [12:10]

Oksford lüğəti “reydjbeyt” (rage bait) terminini 2025-ci ilin sözü elan edib.

AZƏRTAC Tengrinews.kz saytına istinadla xəbər verir ki, bu məlumatı Oksford Universitetinin nəşriyyat şöbəsi yayıb.

“Reydjbeyt” sözü nə deməkdir

Mütəxəssislər “reydjbeyt”i diqqəti cəlb etmək və əhatə dairəsini artırmaq üçün qəsdən yaradılan təxribat xarakterli onlayn-kontent kimi müəyyən ediblər. Termin ingilis dilindəki “rage” (qəzəb) və bait (tələ, yem) sözlərindən yaranıb. Oksford dilçilərinin məlumatına görə, son 12 ayda bu sözün işlənmə tezliyi üç dəfə artıb.

Söz necə yaranıb?

Termin ilk dəfə 2002-ci ildə Usenet platformasında dərc olunan bir yazıda ortaya çıxıb. Həmin vaxt bu söz yol vermək tələbi kimi qəbul edilən faraların yanıb-sönən işıqlarına sürücünün reaksiyasını bildirirdi.

Sonralar söz internet söyüşləri kimi trend kontentlər üçün istifadə olunmağa başlayıb.

Lüğətdə qeyd olunur ki, zamanla “reydjbeyt” jurnalistlərin gündəlik dilinə daxil olub. Termin geniş yayıldığı üçün “reydjfarminq” (rage-farming) anlayışı meydana gəlib. Bu söz istifadəçilərin reaksiyalarını təxribat xarakterli materiallarla manipulyasiya etmək cəhdlərini, qəzəb, qıcıqlanma və ya müzakirə olunan mövzuya əlavə maraq yaratmağı təsvir edir.

Xatırladaq ki, 2024-cü ildə Oksford lüğəti ilin sözü kimi “brain rot” (“beyin çürüməsi”) terminini elan etmişdi. Bu termin aşağı keyfiyyətli internet kontentin intellektual qabiliyyətlərə dağıdıcı təsirini əks etdirir.

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Hadisə

Analitik

YAP xəbərləri

Xəbər lenti

Siyasət

Təhrif, yoxsa qəsd?

03 Dekabr 11:45  

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

MEDİA

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31