İstehsalın artırılması naminə
04.12.2025 [10:17]
Aqrar sahədə sığortalanan bitki növlərinin sayı 59-a çatdırılacaq
Aqrar Sığorta Fondu tərəfindən 2025-2026-cı illər əkin mövsümü üzrə meyvə bağlarının sığortalanma prosesinə başlanılıb. Dövlət sığorta mexanizmi çərçivəsində fermerlərin 41 növ bitkiçilik məhsulu sığorta olunacaq. Aqrar sığorta çərçivəsində alma, armud, gilas, albalı, şaftalı, nektarin, üzüm, alça, badam, çiyələk, ərik, fındıq, gavalı, heyva, xurma, qoz, limon, portağal, naringi və nar bağlarını müxtəlif risklərdən sığortalamaq mümkündür. Həmçinin buraya tərəvəz və bostan məhsulları, tarla bitkiləri, texniki bitkilər və digər növlər də daxildir.
Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədlinin sözlərinə görə, kənd təsərrüfatına marağın artması nəticəsində hər il minlərlə hektar meyvə bağları salınır və meyvəçilik sahəsi təkcə daxili bazarın təmin olunmasında deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayır. Bu sahədə on minlərlə fermer və yerli sakin məşğul olur. Mövcud bağçılıq təsərrüfatlarının sahəsinin artması bu sahədə meydana çıxan risklər fonunda sığorta bazarının da genişlənməsinə səbəb olur, bitkiçilik məhsullarının sığortalanması üçün əlavə maliyyə vəsaitlərinə ehtiyac yaranır. Nəticədə aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatlarının sayı sürətlə artır. Fond tərəfindən indiyə qədər 20 milyon manatdan artıq sığorta ödənişi həyata keçirilib.
Sığorta hadisəsi necə müəyyən edilir?
Aqrar sığorta sistemindəki qaydalara əsasən, meyvə bağları dolu, qasırğa, fırtına, sel və subasma, leysan yağışlar, şaxtavurma (donvurma), normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın və dolu nəticəsində məhsulların keyfiyyət itkisi sığorta hadisəsi hesab edilir və bu təyinat üzrə risklər müəyyənləşir və sığorta məbləği hesablanır.
Sığorta haqqı meyvənin növünə, regiona və sığorta zərfinə uyğun olaraq dəyişir. Dövlətin 50 faizlik sığorta haqqı dəstəyi sayəsində fermer yalnız məbləğin yarısını ödəyir, qalan yarısı isə dövlət tərəfindən qarşılanır.
Bütün bu prosedurlar isə elektron portal vasitəsilə nizamlanır. Sığorta mexanizmindən istifadə edən fermerlərin sığortaya əlçatanlığının təmin edilməsi məqsədilə bütün prosedurlar tamamilə elektronlaşdırılıb. Fermerlərin hər birinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) elektron kabineti yaradılıb. Onlar e-kabinet üzərindən öz təsərrüfatlarında baş vermiş risklər və təbii fəlakətlər, sığorta hadisələri barədə fonda zəruri məlumatları elektron müraciət qaydasında təqdim edir. Müvafiq komissiya müraciətləri araşdırdıqdan sonra sığorta məbləğinin verilib-verilməməsi barədə qərar çıxarılır və e-sistemdə yerləşdirilir. Sığorta məbləği təyin edilmiş fermerlər ödənişləri rəqəmsal üsulla əldə edirlər. Ümumilikdə, rəqəmsal ekosistemin fəaliyyəti sayəsində fermerlərin Aqrar Sığorta Fonduna və ya hansısa filialına gəlməsinə ehtiyac qalmır.
Qanunvericiliyin təkmilləşdirilməsi sığorta bazarını genişləndirəcək
R. Səmədli bildirib ki, iqlim dəyişiklikləri fonunda aqrar sahədə baş verən hadisələr və digər amillər aqrar sığorta ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini zəruri etdiyindən yeni təkliflər hazırlanıb. Təkliflərə əsasən, fermerləri risklərdən qorunması ilə bağlı təkmilləşdirmələrin aparılması, yeni optimal risk mexanizminin tətbiqi nəzərdə tutulur ki, bu da sığorta olunan sahələrin və fermerlərin sayının artmasına səbəb olacaq. Xüsusilə də sığortalanan bitkilərin sayının artırılması, quraqlıq hadisəsinin aqrar sığorta mexanizminə daxil edilməsi və sığorta təminatının genişləndirilməsi nəzərdə tutulur. Beynəlxalq təcrübədə aqrar sahədə quraqlıq hadisələrinə görə, fermerlərə güzəşt və xüsusi sığorta dəstəyi verilsə də, ölkəmizdə bu mexanizm tətbiq olunmur. Son illərdə suvarma suyu ilə bağlı problemlərin artması bu sahədə çətinlikləri xeyli artırır.
Ona görə də, fermerlərin üzləşdiyi bu vəziyyəti nəzərə alaraq hökumət quraqlığın təminat altına alınmasını planlaşdırır. Quraqlıqla bağlı sığortalanmanın tətbiq olunması fermerlərin əkinə olan marağının artmasına səbəb olacaq və əkinçilik və bağçılıqda yeni sahələrin yaranmasına səbəb olacaq. Nəticədə ölkəmizin kənd təsərrüfatı sektorunda məhsul istehsalının artması da təmin olunacaq. Hökumət aqrar sahədə əlavə dəyərin həcmini daha da artırmaq, aqrar ixracı böyütmək üçün subsidiyalaşma və sığortalanma amilinə xüsusi diqqət ayırmaq niyyətindədir və bu məqsədlə sığortalanan bitki növlərinin sayı növbəti mərhələdə 59-a çatdırılacaq.
Həmçinin doluvurma ilə bağlı sığorta mexanizminin tətbiqinin də genişləndirilməsi nəzərdə tutulur.
İlk dəfə 321 min manat dəyərində aqrar sığorta ödənişi təyin edilib
Hazırda fermerlərin üzləşdiyi ən problemli hallardan biri də məhz dolu hadisələridir. Yeri gəlmişkən, cari ilin noyabr ayında Aqrar Sığorta Fondu tərəfindən ölkədə ilk dəfə olaraq meyvə bağlarında doludan keyfiyyət itkisi üzrə sığorta ödənişi həyata keçirilib. Tərtər rayonun Kəbirli kəndində yerləşən “Aqropat” MMC şirkətinə məxsus meyvə bağları bu ilin may ayında dolu yağması nəticəsində ciddi təsirə məruz qalıb. Dolu nəticəsində təsərrüfatda həm miqdar, həm də keyfiyyət itkisi baş verib. Aqrar Sığorta Fondu tərəfindən aparılan hesablamalar əsasında təsərrüfata, ümumilikdə, 321 min 602 manat aqrar sığorta ödənişi təyin edilib. Bu ödəniş indiyədək Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına ödənilən ən böyük sığorta ödənişi olmaqla yanaşı, ümumiyyətlə doludan keyfiyyət itkisi üzrə ilk ödənişdir.
Dövlət aqrar sığorta mexanizmi çərçivəsində il ərzində dövlətdən sığorta alan fermerlərin sayı minlərlədir. Sığorta məbləği isə bağ, bostan və tarlanın sahəsinə görə, dəyişir. Min manat sığorta alan da var, 50 min manat alan da. Hətta 100-150 min məbləğində sığorta vəsaiti əldə edən fermerlər də mövcuddur. Bu günlərdə Aqrar Sığorta Fondu tərəfindən meyvə bağları üzrə növbəti iri məbləğdə sığorta ödənişi həyata keçirilib ki, bu da Xaçmaz rayonunun Cığatay kəndində yerləşən “Trek Service Engineering” MMC-yə məxsus badam bağıdır. Bağda sel-subasma nəticəsində yaranmış zərərə görə 200 min manat məbləğində sığorta ödənişi edilib. Bu, aqrar sahədə sığorta mexanizminin əlçatanlıq göstəricisinin təzahürü olmaqla, fermerlərə dövlət dəstəyinin nümunəsi sayıla bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

